top
Elxan Abdullayev: Neftçi Akademiyasının problemləri və Özbəkistan təcrübəsi Idman.biz
23 fevral 2026, 17:43
- ↺ +

Elxan Abdullayev: "Neftçi" Akademiyasının problemləri və Özbəkistan təcrübəsi

"Əlbəttə, çox istərdim ki, daha yaxşı olsun. Bu gün problemlər var. Çalışırıq ki, onu aradan qaldıraq".

Bunu "Neftçi" Futbol Akademiyasının yeni koordinatoru Elxan Abdullayev sportinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Neftçi" sizə doğma klubdur. Bura qayıdışınızdan sonra ilkin təəssüratlarınız necədir?

- "Neftçi"də müəyyən eniş yaşansa belə, flaqman olaraq qalır. Bu klubda çalışan adam üçün böyük məsuliyyət var. Burada olmaq böyük şərəfdir. "Neftçi"yə yenidən qayıtdığım üçün sevinirəm.

- Ən son U-19 millimizin baş məşqçisi idiniz. Oradan ayrılandan sonra "Neftçi"dən başqa seçim imkanı var idi?

- Seçim hər zaman var. Son 6 ildə milli komandalarda çalışmışam. Nə vaxtsa məşqçiliklə qurtarmaq lazımdır. Məncə, yaşım, təcrübəm imkan verir ki, koordinator kimi davam edim. Düşündüm ki, bugünkü gündə burada daha çox köməyim dəyə bilər.

- Akademiyada vəziyyət necədir?

- Əlbəttə, çox istərdim ki, daha yaxşı olsun. Bu gün problemlər var. Çalışırıq ki, onu aradan qaldıraq.

- Uşaq futbolunda problem nədir?

- Bu barədə danışsaq günlər yetməz. Təəssüflər olsun ki, "Bakı", "Qəbələ" kimi akademiyalar indi yoxdur. Yeni nəsə danışmıram. Amma problem çoxdur. Şərait yaxşılaşsa yaxşı istedadlar da ortaya çıxar.

- Əslində məşqçilər istedadların olduğunu deyir, amma 14-15 yaşdan sonra onları itiririk. Bunun arxasında duran səbəblər nədir?

- Kompleks şəkildə çatışmazlıqlar var. Lap aşağı yaşlarda istedad seçilir. Amma onlarla düzgün işləmək tələb olunur. Yaxşı məşqçi, normal qidalanma, fiziki hazırlıq kimi müxtəlif amillər var. Başqa ölkələrlə müqayisədə çox geri qalırıq.

- Başqa ölkələrdən söz düşmüşkən, hansı ölkənin uşaq futbolu bizdə tətbiq olunsa uğurlu olar?

- Son illər Özbəkistanda bir neçə dəfə olmuşam. Futbol üçün hər şey edirlər. Orada görülən işlərə müsbət baxıram. Beynəlxalq oyunların sayı çoxdur. Yaxşı məşqlər, vitaminizasiya diqqətdə saxlanır. Bizim klublar da bu cür olsaydı yaxşı olardı. Mən milli komandada olanda görürdüm ki, uşaqlar beynəlxalq təcrübəni millidə görür. Yaxşı olardı ki, klublarda bu təcrübə yaşansın. Əvvəlki illərdə "Qəbələ" xaricə gedirdi. Klublar buna üstünlük versə, milli üçün də yaxşı olar. Avropada rəqabət başqadır, daha sürətli oyunlar keçir.

- Özbəkistanda diqqətinizi çəkən nələr oldu?

- Sonuncu dəfə ötən il olmuşdum. Böyük bazalar, yeni meydançlar var. Görsənir ki, məqsədləri uşaq futbolunu inkişaf etdirməkdir. Bizdə aşağı yaş millilərinə güclü rəqib tapmaq olmur. AFFA maksimum dəstək göstərir, ancaq güclü rəqib tapmaq asan deyil. Özbəkistan isə yoxlama görüşlərində Argentina, Braziliya, Uruqvay kimi millilərlə oynayır. Çünki artıq Özbəkistanı güclü milli kimi qəbul edirlər. Bu elə belə fakt deyil. Deməli, iş aparılır. Braziliya özü Özbəkistanı rəqib kimi seçir. Bunun özü bir göstəricidir.

- Bizdə futbol ənənəsi yoxdur deyənlərə Özbəkistan yaxşı nümunə sayıla bilər. Deməli, yaxşı sistem qurulsa Nazim Süleymanov, Vəli Qasımov, Vidadi Rzayev kimi güclü oyunçular yenidən futbolumuzda olar...

- 100% sizinlə razıyam. Bu da sizdən, məndən asılı deyil. Böyük akademiyalar yaratmaq üçün böyük də maliyyə lazımdır. Məsələn, bu gün özümüzü götürək. Rayonlardan çox uşaq götürə bilmirik. Çünki onların qalmasına yer, yeməyinə, təhsilinə xərc lazımdır. Bunun üçün böyük maliyyə olmalıdır. Bizdə bu gün neçə akademiya var?

- Akademiya yoxdur.

- Bəli, istənilən səviyyədə yoxdur. Təsəvvür edin ki, hər şəhərdə demirəm, hər bölgədə bir akademiya olsaydı nə qədər fayda görərdik. Dediyiniz Nazim Süleymanov, Vəli Qasımov var. Sadəcə onları ortaya çıxaracaq sistem yoxdur. Futbola daha çox kasıb övladları gəlir. İdman ayaqqabısı almağa imkanları olmur. Uşaqların tədricən itməsində bu amil də var. Onların futbolda qalması üçün pul lazımdır.

- Əslində ilk başda böyük pullar tələb olunur. Amma düzgün iş görülsə zamanlar qoyulan pulun artığını əldə etmək olar...

- Əlbəttə. Əsas komandaya yaxşı 2-3 oyunçu verə bilsən, bu yaxşı bir start olacaq. Götürək "Marset" akademiyasını. Nə qədər belə layihələr olsa faydalıdır.

- Aşağı yaş qruplarının iştirak etdiyi liqaların səviyyəsi necədir?

- Liqalar pis-yaxşı keçirilir. Amma keyfiyyət çox aşağıdır. Meydançalar çox pisdir. Gedin görün uşaqlar hansı bərbad meydançalarda məşq edir. Biabırçılıqdır. Hər şey bundan başlayır. Uşaqlar üçün bir təbii meydança yoxdur.

- Bizdə uşaqlar 18-19 yaşlarında təbii örtüklü meydançalar görür.

- Heç onda da görmür.

- Ən yaxşı halda...

- Hə, düz deyirsən. Ən yaxşı halda o yaşda görə bilirlər.

- Uşaq futbolunda əsas problemlərdən biri də valideynlərin kənardan müdaxiləsidir. Bunun həll yolu varmı?

- O problem dünyanın hər yerində var. Valideynlər nə qədər az müdaxilə etsə yaxşıdır. Onlar uşaqlara övladı kimi baxır, biz isə peşəkar kimi. Onların hamısını öz övladım kimi sayıram. İlk növbədə biz uşaqlara qarşı obyektiv olmalıyıq. Bəzən valideyinlər obyektiv olmur. Məncə, bu da uşaqlara mane olur.

- Son illər "Neftçi" akademiyasından Murad Məmmədov, Rüfət Abbasov kimi istedadlar çıxıb. Onların gələcəyini necə görürsüz?

- Bu uşaqlar millidə mənim rəhbərliyim altında çıxış ediblər. Çox sevinirəm ki, Rüfət liqada bütün oyunları meydanda olub, əsas milliyə kimi gedib. Çox böyük addımlardır. Həm "Neftçi", həm də Azərbaycan futbolu üçün xoş haldır. Oyunçular öz gücünə inanmalıdır. Limitin ləğvi çox danışılır. Biz görürük ki, limit ola-ola Rüfət, Murad oynayır. Bu digər oyunçular üçün də yaxşı nümunədir. Əllərini aşağı salmasınlar. Futbolçuların özündən çox şey asılıdır. İnamları olmalı, qarşılarına məqsəd qoymalıdırlar. Murada, Ağadadaşa da Rüfət kimi əsas milliyə düşməyi arzu edirəm.

- Akademiyada belə gənclər var?

- Var, amma çox az sayda. İşləmək lazımdır. Bizim işimiz budur ki, "Neftçi"nin əsas komandası və millilərmiz üçün uşaq yetişdirək.

- Yaxın gələcək üçün "Neftçi"də planlarınız nədən ibarətdir? Məsələn, komandaları beynəlxalq yarışda, məşçiləri təcrübə keçmək üçün xarici ölkələrdə görə bilərik?

- Mən bura yeni gəlmişəm. Əlbəttə, planda hamısı var. Məşqçiləri maarifləndirmə önəmlidir. Uşaqları yaxşı turnirlərə göndərmək lazımdır. Planlarımız var, amma indi bu barədə geniş danışmaq istəmirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər