top
Elvir Boliç: Bakıda insanların məni tanımasına təəccübləndim - MÜSAHİBƏ Idman.biz
24 may 2025, 15:44
- ↺ +

Elvir Boliç: "Bakıda insanların məni tanımasına təəccübləndim" - MÜSAHİBƏ

Bosniya və Hersoqovina futbolunun canlı əfsanəsi Elvir Boliçin Futbolxeber.az saytına müsahibəsi

- Sizi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında görmək xoş sürpriz oldu.

- Təşəkkür edirəm. Minifutbol üzrə Bosniya və Hersoqovina millisinin direktoruyam. Komandaya dəstək olmaq üçün buradayam. Həm də mənim şirkətim minifutbol millisinin sponsorlarından biridir.

- Vaxtı ilə böyük klublarda oynamısınız, tanınmış futbolçusunuz. Bakıda insanlar sizi tanıyırmı?

- 20-25 il əvvəl futbol oynasam da, hələ də tanıyanlar var. Restoranda, oteldə insanların məni tanıması təəccübümə səbəb oldu.

- Çünki Azərbaycanda Türkiyə futbolu çox sevilir, "Fənərbaxça"nın da azarkeşləri çoxdur...

- Bəli, bunu bilmirdim (gülür). Dediyim kimi, insanların Bakıda məni tanıması xoş sürpriz oldu. Gördüyüm qədər ilə Azərbaycan və Türkiyə çox yaxındır. Oteldə televizorda da türk kanalları var idi.

- "Qalatasaray"da qısa müddət oynasanız da, əsas uğurlarınız "Fənərbaxça" ilə bağlıdır. Sizcə, İstanbul klubunun son illərdəki uğursuzluğu nədən irəli gəlir?

- Bunu demək çox çətindir. Bəli, "Qalatasaray" son illər dominantlıq edir. Onları zirvədən salmaq heç də asan deyil. Futbolda belədir, bir dönəm elə olur, sonrakı dönəm başqa cür. İnanıram ki, tezliklə "Fənərbaxça" böyük uğurlara imza atacaq. Lakin bu, heç də asan başa gəlməyəcək.

- Futbolçu karyeranızı bitirdikdən sonra qısa müdət Bosniya və Hersoqovina millisində məşqçi kimi çalışsanız da, sonradan bunun ardı gəlmədi. Niyə məşqçi kimi fəaliyyət göstərmək istəmədiniz?

- Dediyiniz kimi, daha sonra məşqçi kimi çalışmadım. Bir qədər ailəmə daha çox vaxt ayırmaq istədim. Məşqçi işi çox çətindir. Amma futboldan tam kənar olduğumu söyləməzdim. Yerli birinciliyi, Türkiyə, İspaniya çempionatlarını yaxından izləyirəm. Oğlum da futbol oynamağa başlayıb.

- Son illər dünya futbolunda fantastik pullar dövr edir. Oyunçulara 100, 150, 200 milyon dollar ödənilir. Elvir Boliç indiki dövrdə futbol oynasaydı, transfer dəyəri nə qədər olardı?

- Çox fərqli olardı (gülür). Yadımdadır, "Fənərbaxça"da ilk mövsümdə 24 qol vurdum, ikincidə isə 23. Dedilər ki, niyə bu il az fərqlənmisən? Halbuki indi baxıram 15-16 qol vururlar cəmi. İndi futbol bir qədər fərqlidir, daha çox biznesə bağlıdır hər şey. Nə etmək olar? İndi belədir. Çempionlar Liqasında final oynamaq istəyirsənsə, çox böyük pullar xərcləməlisən. Müasir futbolda pul çox əhəmiyyətlidir. Məncə, qiymətlər bir qədər şişirdilib.

­- Azərbaycan futbolunda tanıdığınız kimsə var?

- Konkret kimisə tanımıram. Yalandan nə deyim. Amma ümumi məlumatım var. Elə Bakıya gəlməkdə bir məqsədim də Azərbaycan futbolunu daha yaxından tanımaqdır. Bilirəm ki, ölkə futbolunun inkişafı üçün çalışılır. Şəhəri gördüm, çox bəyəndim. Azərbaycan, Bakı haqda hamı müsbət danışır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Dünən, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Oxşar xəbərlər