top
Elvin Yunuszadə: “Üçümüz də komandanı layiq olduğu zirvəyə aparmaq üçün səfərbər olacağıq Sport24.az
21 avqust 2024, 10:00
- ↺ +

Elvin Yunuszadə: “Üçümüz də komandanı layiq olduğu zirvəyə aparmaq üçün səfərbər olacağıq"

Ötən mövsümün ilk yarısını "İrəvan"nın, qışdan sonra isə "İmişli"nin formasını geyinən Elvin Yunuszadə bu günlərdə "Qəbələ" ilə anlaşdı. Sport24.az-a müsahibə verən təcrübəli müdafiəçi həm yeni klubuna keçidindən danışıb, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.  

 

- Axır ki, klubsuz dönəmin başa çatdı. "Qəbələ"yə keçidinlə bağlı fikirlərin maraqlıdı...
- "Qəbələ" ölkə futbolunda özünə görə ağırlığı olan, iki dəfə avrokubokların qrupunda oynamış klubdu. Təklif gəldi, götür-qoy etdikdən sonra "qırmızı-qaralar"la müqavilə bağlamağa qərar verdim. Komandanın qarşısına elitaya qayıtmaq məqsədi qoyulub. Mən də  "Qəbələ"nin yenidən Premyer Liqaya dönməsi üçün əlimdən gələnin ən yaxşısını edəcəm.

 

- Başqa təklifləri yox idi?
- İki xarici klubla danışıqlar gedirdi. Sadəcə, iş uzandığından "Qəbələ"dən gələn təklifi dəyərləndirdim.


- "Qəbələ"də Asif Məmmədov və Səlahət Ağayev kimi təcrübəli futbolçular yer alır. Sənin də komandaya qoşulmağınla say artdı. Səncə, bu "trio" bölgə klubuna nə verəcək?  
- Həm Asif, həm də Səlahət ölkə futbolunda iz qoymuş, yığmada da oynamış təcrübəli futbolçulardı. Bu gün onların komanda da olması "Qəbələ" üçün faydalı, gənclər üçün stimuldu. Hər bir halda, istənilən kollektivdə təcrübəli futbolçular olmalıdı

 

- I Liqada "İmişli", MOİK, "Qaradağ Lökbatan, "Karvan" kimi iddialı klublar var. Çempionluq uğrunda mübarizə çətin olmayacaq?
- Həmişə demişəm, bir də təkrarlayıram. Elita ilə müqayisədə I Liqada oynamaq daha çətindi. Əvvəla ona görə ki, çempionluğa bir neçə komanda iddialıdı. Uzağa getmətib, ötən mövsümə nəzər yetirək. 5 komanda çempion olmağa çalışırdı. III dövrənin ortalarına qədər gərginlik, mübarizə davam etdi. "Şamaxı" isə sonuncu turda "qızıl"a sahib çıxdı. Digər çətinlik isə infrastuktur, meydanlarla bağlıdı. Düzdü, "Qəbələ"də şəraitlərlə bağlı problem olmasa da, digər komandaların stadionlarının ot örtüyünün vəziyyəti ürəkaçan deyil. Bu da zədə riskini artırır. Çempionluq uğrunda mübarizədə tək olmamağımız bizə motivasiya verir.

 

- Sabiq komandan "Neftçi" III tur geridə qalmasına baxmayaraq, hələ də qələbə qazana bilməyib. Bu barədə nə deyərdin?
- "Neftçi"inin yetirməsiyəm.Burda uşaq futbolundan başlayaraq əsas komandaya yüksəlmişəm. "Ağ-qaralar"ın ötən mövsümkü çıxışı ürəkaçan olmadı. Komanda qarşısına qoyulan məqsədlərə nail ola bilmədi və avrokuboklardan da kənarda qaldı. Cari mövsümə də yaxşı başlamayıb. Amma düşünürəm ki, indidən "Neftçi"nin üzərinə çox getmət düz deyil. Həm mövsümün əvvəlidi, həm komandaya yeni baş məşqçi gəlib, həm də kollektiv bir-birinə tam uyğunlaşmayıb. "Ağ-qaralar"ın zamana ehtiyacı var. Roman Qriqorçuk Azərbaycan futbolunda uğur qazanmış tək-tük əcnəbi məşqçilərdəndi. O, futbol mentalitetimizi yaxşı bilir. Ukraynalı mütəxəssis hələki istədiyi oyun fəlsəfəsini futbolçulara aşılaya bilməyib. Ona vaxt vermək lazımdı.


ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Oxşar xəbərlər