"Qəbələ"dən ayrılan Elvin Yunuszadə karyerasını "Karvan"da davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, təcrübəli müdafiəçi bölgə klubu ilə danışıq aparır.
32 yaşlı müdafiəçi bundan öncə "Neftçi", "Qarabağ", "Sabah", "Səbail", "İrəvan", "Keşlə" (indiki "Şamaxı"), Bosniyada "Çelik", Şimali Makedoniyada "Şkupi" kimi komandalarda da çıxış edib.
Qeyd edək ki, 2024-cü ilin yayından "qırmızı-qaralar"ın formasını geyinən Elvin Yunuszadə "Qəbələ"də 22 oyun keçirib.