top
Elvin Məmmədov: “Yanlış hərəkətlər etdim və...” - MÜSAHİBƏ İdman.biz
23 iyun 2024, 17:54
- ↺ +

Elvin Məmmədov: “Yanlış hərəkətlər etdim və...” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədovun İdman.bizə müsahibəsi

- Karyeranızı ikinci dəfə bitirməklə gündəmə gəldiz. Nə baş verdi ki, Azərbaycanın I Liqasına vəsiqə qazanan "Cəbrayıl"da barənizdə eyni fikir səsləndi?

- Bəli, peşəkar karyeramı çoxdan başa vurmuşam. Lakin daim futbol oynayıram. "Cəbrayıl"da da çıxış etməyimin əsas səbəbi Cavid Hüseynova kömək etmək idi. Özü məni çağırmışdı ki, ona yardımçı olum. Buna görə də bu komandada oynadım. Ümumilikdə futbolçu olduğuma görə həmişə Allaha şükür etmişəm. Qürur mənbəyim isə millidə çıxış etmək olub. Bütün yeniyetmələrimizə bu hissi yaşamağı arzulayıram.

- Onda geriyə boylandıqda karyeranızı uğurlu hesab edirsiniz?

- Uğurlu və uğursuz dönəmlər say etibarı ilə bərabərdir. Bundan da yaxşı ola bilərdi. Amma olmadı. Yanlış hərəkətlər etdim və vaxtında düzgün qərar vermədim. Daim buna görə özümü danlayıram. Avropa getmək şansım ola-ola getmədim, amma risk etmək lazım idi. 18-19 yaşlarımda Macarıstan, Türkiyə, Çexiya kimi ölkələrin klublarında çıxış etmək kimi variantlar da yaranmışdı. Lakin heç birini dəyərləndirmədim. Bəlkə də düzgün yol göstərən olsaydı, indi belə olmazdı. Düzdür, bərbad karyera yaşamamışam. Amma çox yüksək də olmayıb. Ümumilikdə özüm barəsində müsbət danışmağı sevən deyiləm.

- Futbol həyatında ən yaddaqalan hadisə kimi nəyi fərqləndirərdiz?

- Yaddaqalan hadisələr çox olub. Ümumiyyətlə, futbol unudulmaz bir şeydir. Ancaq heç vaxt Avropa çempionatındakı matçları və xarici klublara qarşı mübarizəmizi unutmayacağım.

- "Turan Tovuz", "İnter" (indiki "Şamaxı"), "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ" və "Sumqayıt"da çıxış etmisiniz. Hansı sizin üçün xüsusidir?

- "İnter" və "Qarabağ"ın mənim üçün xüsusi yeri var. Çünki gənc yaşlarımın ən yaxşı zamanlarını bu iki klubda olmuşam.

- "Səbail"də uşaq məşqçisi kimi çalışırsız. Onda sizi yenə futbolda görəcəyik?

- Bəli, "Səbail"in U-15 komandasında məşqçilik edirəm. Əsas məqsədim bu sahədə qalmaq idi. Sevindirici haldır ki, istəyimi yerinə yetirə bildim.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər