top
Elvin Məmmədov Səbailin Mingəçevir üzərində qələbəsindən danışdı: Çatışmazlıqlar var, amma getdiyimiz yoldan dönmək istəmirik Idman.biz
13 sentyabr 2025, 14:30
- +

Elvin Məmmədov "Səbail"in "Mingəçevir" üzərində qələbəsindən danışdı: Çatışmazlıqlar var, amma getdiyimiz yoldan dönmək istəmirik

"Səbail"in baş məşqçisi Elvin Məmmədov Azərbaycan I Liqasının ilk turunda "Mingəçevir"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz QOL.az-a istinadən müsahibəni təqdim edir:

- Mövsümə qələbə ilə başladınız. Oyunla bağlı fikirlıəriniz necədir?

- Ramiz Məmmədovun komandaları həmişə döyüşkən kollektiv təsiri bağışlayıb. Ramiz müəllim özü də xarakterli futbolçu olub. Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Birinci qarşılaşma üçün çatışmayan məqamlar var idi. Şükürlər olsun ki, 3 xalımızı qazandıq, mövsümə uğurla start verdik.

- Qələbə bir yana, bəs sərgilənən futbol sizi nə dərəcədə razı saldı?

- Əlbəttə, oyun tam istədiyimiz kimi deyildi. Çatışmazlıqlar mövcuddur. Digər tərəfdən də ilk oyun olduğu üçün futbolçular səhv etməkdən qorxurdular. İşimiz çoxdur. Zamanla çatışmazlıqları aradan qaldırıb daha yaxşı oynamalıyıq.

- Komandanın hədəfi çempionluqdur. Bu yolda əsas rəqib qismində hansı komandaları görürsünüz? Çoxları "Şəfa" və "Mingəçevir"in adını çəkir...

- Bəli, hədəfimiz çempionluqdur. Hər bir komanda bizim üçün rəqibdir. Rəqibləri ayırmırıq. Bəzən autsayder hesab olunan komanda belə, digər kollektivlərdən xal ala bilir.

- Premyer Liqada da olduğu kimi, I Liqada da eyni oyun tərzinə üstünlük verirsiniz. Komanda müdafiədən ötürmə ilə çıxır. Halbuki I Liqada əksər komandalar lorı dildə desək, "vur qabağa" prinsipilə ilə oynayır. Düşünmürsünüz ki, sizin texnikalı futbola üstünlük verməyiniz işinizi çətinləşdirə bilər?

- Bilirsiniz ki, mən məşqçiliyə yeni başlamışam. Yekəxanalıq kimi qəbul olunmasın, lakin mən bu futbolu istəyirəm, getdiyim yol budur. Demirəm düzdür, ya səhv. Amma hesab edirəm ki, Azərbaycan futboluna bu lazımdır. Çətindir, bəli, səhvlər olacaq, lakin getdiyimiz yoldan dönmək istəmirik.

- "Səbail"in büdcəsi xeyli azalıb, ASCO-nun komandaya sponsorluq edib-etməyəcəyi hələ bilinmir. Maraqlıdır, bu qədər çətinlik qarşısında bu cür heyəti necə yığdınız?

- İlk növbədə başda Firuz müəllim olmaqla rəhbərliyə təşəkkür etmək istəyirəm. Klubun əməkdaşları, məşqçilər korpusu – hamımız bir ailə kimiyik. Komandada dostluq ab-havası hökm sürür. Futbolçularla söhbətimiz oldu. Sağ olsunlar, gəliblər həm bizə kömək olsunlar, həm də birlikdə Premyer Liqaya yüksələk.

- Yəni pul önəmli rol oynamayıb?

- Bəli, oynamayıb. Elə şeylər var ki, puldan üstündür.

- İranlı legioner Ali Babaei hələ hazır olmadığı üçün "Mingəçevir"lə görüşdə meydana çıxmadı?

- O, komandaya təzə qoşulub, yaxın günlərdə ona da şans verəcəyik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:24

Premyer Liqa milli komandalar üçün 225 oyunçu göndərərək TOP‑5‑də birinci yerdədir

Şahmat
Bu gün, 11:24

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişiləri Hindistan, qadınları isə Argentina ilə qarşılaşır

Futbol
Bu gün, 11:09

“Qəbələ” futbol klubu Karvan‑Yevlax və Yaponiyanın U‑20 millisi ilə test matçları keçirəcək

Futbol
Bu gün, 11:00

Edqar Adilxanovun milli komandada debut hekayəsi: “Gözləmirdim, xəbərim yox idi”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”da idarə heyəti dəyişir, büdcə 15 mln-dən 25 mln-ə artırılacaq

Şahmat
Bu gün, 10:32

Azərbaycan şahmat milli komandalarının Hindistan və Argentinaya qarşı 8-ci tur heyətləri açıqladı

Futbol
Bu gün, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
Dünən, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 20:27

Beşiktaş Mert Kömürü transfer etmək istəyir

Minifutbol
Dünən, 18:39

“Aznur” Çempionlar Liqasının ilk matçını məğlubiyyətlə tamamladı

Basketbol
Dünən, 18:29

“Sumqayıt” basketbol klubu Rustam Əliyevi transfer etdi

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
22 sentyabr 2026, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
22 sentyabr 2026, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Oxşar xəbərlər