top
Elvin Məmmədov: Səbaili yarıyolda qoymaq bizə yaraşmaz: Premyer Liqaya qayıdış hədəfi Report.az
24 oktyabr 2025, 16:15
- ↺ +

Elvin Məmmədov: "Səbail"i yarıyolda qoymaq bizə yaraşmaz: Premyer Liqaya qayıdış hədəfi

Azərbaycan I Liqasında çıxış edən "Səbail"in baş məşqçisi Elvin Məmmədov "Report"a müsahibə verib. O, komandasının IV turda "Şəfa" ilə oyunundan və əsas rəqibi ilə çempionluq mübarizəsindən danışıb. "Səbail"in Premyer Liqaya layiq komanda olduğunu deyən gənc mütəxəssis yenidən elitaya qayıdacaqlarına inamını ifadə edib.

- Son turda I Liqadakı əsas rəqibiniz "Şəfa" ilə heç-heçə etdiniz. Oyun barədə nə deyə bilərsiniz?

- I Liqa üçün çox maraqlı görüş izlədik. Sevindirici haldır ki, 0:1 hesabı ilə geridə olduğumuz vaxt önə keçməyi bacardıq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Hər iki komandanın futbolçularında stress hiss olunurdu, heç kim məğlub olmaq istəmirdi.

- "Səbail"də hamı Premyer Liqaya qayıdacağınıza inanır?

- Heyətdə yer alan futbolçularımızın hər biri məsuliyyətlidir. Bunu bacaracaq oyunçulara sahibik. Hər birimizin arzusudur ki, yenidən elitaya dönək.

- Ötən mövsüm bəzi futbol azarkeşləri "Səbail"in çoxsaylı Bakı klublarından biri olmasını əsas gətirərək I Liqadan düşməsini və əvəzində bölgəni təmsil edən klubların Premyer Liqaya çıxmasını arzu edirdilər. Lakin cari mövsüm bəzi bölgə komandalarının infrastrukturlarının standartlara cavab verməməsinin şahidi olduq. İnfrastruktur cəhətdən bir çox klubları üstələyən "Səbail" komandasının çalışdırıcısı kimi buna münasibətiniz necədir?

- Bu mövzuya aid sual verməyiniz xoşdur. Təbii ki, siz də illərdir ki, Azərbaycan futbolunun içərisindəsiniz və hər şeyi yaxşı təhlil edirsiniz. Bölgə komandalarının Premyer Liqada təmsil olunması yaxşı haldır. Lakin infrastruktur, stadion önəmli faktorlardır. Ötən mövsüm "Səbail"in Premyer Liqanı tərk etməsi çox pis oldu. Çünki bu komandanın imkanları var. Düzdür, idman prinsiplərini qorumaq lazımdır. Amma baxanda ki, bu komandanın digərlərinə nisbətən infrastrukturu yaxşıdır, sanki heyifin gəlir. Premyer Liqada olarkən idarəçilər, məşqçilər və futbolçular böyüməyə doğru gedirlər. Elə bir anda elitanı tərk etmək heç yaxşı olmur. Futbolçulara da pis təsir etmişdi ki, Premyer Liqadan sonra I Liqada necə olacaq? Kaş ki, komanda aşağı düşməzdi. Komanda I Liqaya yuvarlanmaqla sanki vaxt itirdi. İnşallah, hər şey yenidən yoluna düşəcək.

- "Səbail" yenidən Premyer Liqaya vəsiqə qazanarsa, baş məşqçi kimi sizinlə yola davam ediləcək?

- Rəhbərliklə münasibətimiz çox yaxşıdır. Mənə hər zaman güvəniblər. Hətta klubun aşağı yaş qruplarında çalışmağıma imkan yaradıb, daha sonra əsas komandaya dəvət ediblər. Lakin bunu hər kəs bilir ki, məşçinin çantası həmişə yanında hazır olmalıdır. İnanın ki, bu dəqiqə əsas məqsəd komandanı Premyer Liqaya qaytarmaqdır. Başqa heç nəyi düşünmürəm. Yola davam etməsək belə, bu, mənim üçün problem olmayacaq. Hər halda, daha sonra iş tapmaq olar. Hazırkı məqsəd rəhbərliyin etimadını doğrultmaqdır.

- Hazırda Premyer Liqa komandalarından təklif gəlsə, bunu qəbul etmək olar?

- Yox, indiki dövrdə təklif gəlsə, qəbul etmərəm. Çünki "Səbail"i hazırkı vəziyyətdə yarıyolda qoymaq olmaz. Düzdür, kimsə komandasında görmək istəsə, bizim üçün fəxrdir, motvasiyadır. Rəhbərlik dediyimiz futbolçuları komandaya cəlb edib, müəyyən işlər görülüb. "Səbail"i yarıyolda qoymaq bizə yaraşmaz.

- Baş məşqçi kimi özünüzü təsdiqləmək, çalışdığınız komandanı Premyer Liqaya qaytarmaq istədiyinizi söylədiniz. Əvvəllər futbolçu kimi çıxış etdiyiniz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan nələri öyrənməyə çalışırsınız?

- İnanın ki, bir çox şeyi. O, Azərbaycan futbolunda çox güclü mütəxəssisdir. Mənim "Qarabağ"da çıxış etdiyim dövrlə hazırkı vaxt arasında da fərq çoxdur. Əvvəllər məşqlər orta tempdə keçirdisə, indi daha dinamik, daha sürətli keçir. Qurban Qurbanov daim öz üzərində çalışır, öyrənir və bildiklərini futbolçularına öyrədir. Qurban müəllim Avropa futbolu ilə ayaqlaşır və komandasını oyunlara o cür kökləyir. O, örnək götürüləsi baş məşqçidir.

- "Qarabağ"dan söz düşmüşkən, sabiq komandanızın UEFA Çempionlar Liqasında çıxışı barədə nə deyə bilərsiniz?

- "Qarabağ" Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyır. Bu gün Ağdam klubu çox gözəl inkişaf edib. Nə qədər xoş sözlər varsa, hamısına layiqdirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Oxşar xəbərlər