Azərbaycanın birinci Liqa təmsilçisi "Səbail"dən ayrılan Elvin Məmmədov "Qəbələ"nin U-17 komandasına baş məşqçi təyin olunub.
O, komanda ilə məşqlərə başladığını da söyləyib.
"Məşqçi kurslarına qatılmışam. Artıq iki aydır ki, A kateqoriyasını oxuyuram. Hazırda "Qəbələ"nin U-17 komandasını çalışdırıram", - deyə o, "Report"a açıqlamasında deyib.
Qeyd edək ki, E.Məmmədov bir müddət öncə "Səbail"in baş məşqçi postundan istefa verib.