top
Elvin Məmmədov: Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var Idman.biz
11 dekabr 2025, 17:40
- ↺ +

Elvin Məmmədov: Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var

Azərbaycanın Nəriman Axundzadə kimi futbolçulara çox ehtiyacı var.

Bunu "Qarabağ"ın və Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov deyib.

Mütəxəssis "Ayaks"la matçdan sonra tənqidlərlə üzləşən Ağdam təmsilçisinin futbolçusu Nəriman Axundzadə haqqında fikirlərini bildirib.

"Qarabağ" haqqında danışmaq bir qədər çətindir. Çünki komandanın Qurban Qurbanov kimi baş məşqçisi var. Həm də onun işinə müdaxilə etmək bir qədər etik deyil. Nəriman Axundzadə ilə bağlı çox tənqidlər səsləndirilir. Bəzən azarkeşlər haqlıdırlar. Amma reallığı da nəzərə alaq. Nəriman kimi futbolçulara çox ehtiyacımız var. Onun potensialında olan nə qədər oyunçumuz var ki? Nəriman ötən il Avropa Liqasında "Braqa"ya qol vuraraq "Qarabağ"ı 1/8 finala daşımışdı. Futbol belədir, haqsız tərəfləri də olur. Qol vura bilməyəndə pis, vuranda yaxşı olursan. Azarkeşlərə də müəyyən mənada haqq vermək olar. Çünki pul verirlər, oyuna baxmağa gəlirlər. Amma bizdə Nəriman kimi potensiallı 10-15 futbolçu olsa, deyilənlərlə tam razılaşaram", - deyə o, "Report"a açıqlamasında deyib.

O, "Ayaks"la matçın "Qarabağ" üçün çox çətin keçdiyini söyləyib:

"Çünki "Ayaks"ın itirəcəyi bir şey yox idi. Eyni zamanda gənc və dinamik komandadır. Bu səbəbdən maraqlı, açıq oyun oldu. Çox yaxşı keçidləri var idi. Hansı ki, bu keçidləri "Qarabağ"da görmüşük. Digər tərəfdən, artıq hər kəs "Qarabağ"a qarşı daha ciddi hazırlaşır. Düzdür, "Qarabağ" şanslardan daha yaxşı istifadə etsəydi, bəlkə də böyük hesabla qələbə qazanardı".

E.Məmmədov Niderland klubunun dünya səviyyəsində işlər gördüyünü söyləyib:

"Ayaks"ın baş məşqçisi yenidir. Gənclərə şans verir. Sonradan həyata keçirdiyi əvəzetmələr matçın taleyini müəyyənləşdirdi. Ümumiyyətlə, bu, Niderland futbolunun reallığıdır. Ötürmələrlə, dinamik futbol oynayırlar. Bu gün "Ayaks" gücsüzdür, gənclərdən ibarətdir" deyirik. Amma nəticədə Niderland məktəbidir və həm klublar, həm də milli baxımından dünya səviyyəsində işlər görürlər. Həmin gənclər beynəlxalq arenalarda yüksək səviyyədə çıxış edirlər. Bu gün 20 yaşlı futbolçular Avropada təcrübəli hesab olunurlar. 17 yaşlı uşağa qabiliyyəti var deyə şans verirlər".

Qeyd edək ki, ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Ayaks" matçı qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 12:12

Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatında beşinci yeri tutdular

Futbol
Bu gün, 12:12

Böyük klublar futbolçulara niyə tərlik geyinməyi qadağan edir?

Qarabağ FK
Bu gün, 12:00

IX tur: Zirvədə sükut, “Neftçi” xal itirdi, “Kəpəz” və “İmişli” qazandı

Digər
Bu gün, 11:57

"Kür" heyətinin baş məşqçisi Fuad Yanqildin: "Çair" qarşısında qələbə qazanmaq istəyirik

Futbol
Bu gün, 11:50

“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci oyununu keçirdi

Formula 1
Bu gün, 11:42

Lyuis Hemilton, ABŞ Qran-prisindən sonra Ferrari'nin sürətini qiymətləndirib

Futbol
Bu gün, 11:40

Xviça Kvaratsxeliya Qətərdə Sağ Dizindəki Zədələnmə Üçün Operasiya Alacaq

Futbol
Bu gün, 11:12

Napoli futbolçusunun evində oğurluq hadisəsi

Futbol
Bu gün, 11:11

Sabah 9 oyunda yalnız 1 qol qəbul edərək Azərbaycan çempionatlarının tarixi rekordunu təkrarlayıb

Futbol
Bu gün, 11:08

İmişli 10-cu qələbəsini Şamaxı qarşısında qazanıb

Futbol
Bu gün, 11:06

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsi oyunlarının təyinatları məlum oldu

Qarabağ FK
Bu gün, 11:01

Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu oyunçu kimi tarixə düşdü.

Qarabağ FK
Bu gün, 11:00

Qarabağ futbolçusundan açıqlama: “Titul üçün mübarizə üç komanda arasında olacaq”

Digər
Bu gün, 10:57

Avropa Muay Thai Çempionatında 4 Medal Qazanıldı

Futbol
Bu gün, 10:44

Doruxan Toköz və Helin Kandemir Yenidən Birlikdə; "Kandırdım" Mahnısı Sosial Şəbəkələrdə Diqqət Çəkdi

Futbol
Bu gün, 10:42

Robert Levandovski 16 illik qol quraqlığı ilə Polşadan sərt tənqid alır

Futbol
Bu gün, 10:40

Gecə Qızıl Topun Qalibi Açıq Olacaq: Ən Gözlənilən Namizədlər

Qarabağ FK
Bu gün, 10:20

Premyer Liqada IX tur 11 340 azarkeşlə izlənildi

Futbol
Bu gün, 10:00

Baku Sportinq yeni baş məşqçisi Bəxtiyar Soltanov təyin edildi

Futbol
Bu gün, 09:58

2026-cı il Qızıl Top mükafatının təqdimat mərasimi ilk dəfə Londonda keçiriləcək

Futbol
Bu gün, 09:40

Everton, Manchester United hücumçusu Markus Reşford ilə danışıqlara başladı

Güləş
Bu gün, 09:37

Dörd Azərbaycan güləşçisi dünya çempionatında çıxış edəcək

Futbol
Bu gün, 09:28

U-15 Milli Komanda Bu Gün İki Matça Oynayacaq: İsrail və Haiti ilə

Futbol
Bu gün, 09:23

Ronaldino 11 il sonra futbola qayıdır – Əfsanələrin geri dönüşü

Oxşar xəbərlər