"Şuşa şəhərindən çox xoş təəssüratlar aldım, bu, hamımız üçün çox həyəcanlı bir səfərdir". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev deyib.
O, azad olunmuş torpaqları yenidən ziyarət etmək ideyasının böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıb:
"İstirahət günümüz idi və buraya gəlmək, sakinlərlə görüşmək, onlarla ünsiyyət qurmaq təklifinə məmnuniyyətlə razılaşdıq".
Cəfərquliyev əlavə edib ki, Şuşada olmaqdan qürur duyur və burada hər kəs xüsusi hisslər yaşayır.
Qeyd edək ki, bu gün "Qarabağ" klubu Füzuli, Şuşa və Xankəndini ziyarət edir.