"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev klub tərəfindən mükafatlandırılıb. Sport24.az xəbər verir ki, o, Ağdam təmsilçisinin heyətində 100 oyun keçirib.
Misli Premyer Liqasının 17-ci turunun "Sumqayıt"la matçından əvvəl Elvinə klubun 100 nömrə yazılmış forması və xatirə hədiyyəsi təqdim olunub.