top
Elvin Cəfərquliyev: Latviya oyunu, yeni taktika və azarkeşlərin səbri haqqında Idman.biz
08 iyun 2025, 15:37
- ↺ +

Elvin Cəfərquliyev: Latviya oyunu, yeni taktika və azarkeşlərin səbri haqqında

Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyevin Offsideplus.az-a müsahibəsi

- Yığmamız yoldaşlıq görüşündə Latviya ilə heç-heçə etdi. Oyunla bağlı təəssüratlarınız necədir?

- Pis oynamadıq. Komanda şəklində mübarizə apardıq. Öz-özümüzə söz vermişdik ki, ilk növbədə qol buraxmayaq. Eyni zamanda əlimizə düşən fürsətlərdən yararlanmağa çalışdıq. Fərqlənmək üçün heç də az şansımız olmadı. Rəqib qapısı önündə 2 real qol epizodu yaratdıq. Düşünürəm ki, bu şanslardan yararlansaydıq, qalib gələ bilərdik. Qələbə sayəsində xalqımızı sevindirməyi çox istəyirdik. Məşqçimiz təzədir. Bizə müəyyən taktiki gedişləri, oyundakı problemləri göstərir. Bizdən necə futbol gözlədiyini başa salır. "5"-li taktika (5-3-2 sxemi - red) ilə oynayırıq. Buna yenilik demək olar. Çünki əvvəllər arxa xəttdə 5 yox, 4 müdafiəçi yer alırdı.

- Bu taktiki sxemdə özünüzü necə hiss eləyirdiniz?

- Mən qabaqlar 5-3-2 taktiki sxeminə uyğun çıxış etmişəm. Mənim üçün heç bir problem yox idi. Düzdür, bu, 4 müdafiəçinin yer aldığı sxemdən fərqlidir. Sadəcə, "5"-li taktikada müdafiədə daha çox top alırsan, hücumların əksəriyyəti cinahlardan qurulur. Ümumilikdə, şəxsən mənim üçün heç bir maneə yox idi, bu, mənim öyrəşdiyim taktikadır.

- Bildirdiniz ki, bu oyunda ən ümdə vəzifə qol buraxmamaq idi. Belə demək olarmı ki, yığma üzvləri də artıq məğlubiyyətlərdən beziblər?

- Məqsədimiz arxaya oturub hesabı saxlamaq deyildi. Ancaq uduzmamaq istəyirsənsə, qapını toxunulmaz saxlamalısan. Sırf niyyətimiz bu idi ki, rəqibə az qol imkanı verək, əks-hücumlar zamanı irəlidə çoxluq yaradıb fərqlənək.

- Sanki "Qarabağ"ın yığmada yer alan futbolçuları yorğun görünürdülər. Ağır mövsüm keçirmisinz, 1 həftə əvvəl ölkə kubokunun finalında 120 dəqiqə mübarizə aparmısınız və dərhal milli komandanın düşərgəsinə gəlmisiniz. Öz oyununuzdan razı qaldınızmı?

- Yorğunluq ola bilər. Üstəlik hava şəraiti də əlverişsiz idi. Bürkü idi, gün ərzində bir neçə dəfə hava şəraiti dəyişdi: yağış yağdı, sonra gün çıxdı. Stadionun ot örtüyü də quru idi. Təxminən 70-ci dəqiqələrdən sonra yorğunluq hiss edirdim. Bu, normal haldır. Çünki 5-3-2 taktiki sistemində ən çox güc cinah oyunçularının üzərinə düşür. Arxa və ön xəttdə çatdırmalısan. Ona görə qarşılaşmanın axırlarına doğru yorulmuşdum.

- İki gündən sonra Bakıda Macarıstana qarşı yoldaşlıq görüşü keçiriləcək. Budəfəki rəqib Latviyadan dəfələrlə güclüdür, heyətdə hətta ulduz futbolçuları var. Bu matçdan nə gözləyə bilərik?

- Yaxşı bərpa prosesi keçmək lazımdır ki, Macarıstanla oyuna hazır olaq. Rəqibimiz çox güclüdür. Oyunlarını izləmişik. Doğma publika önündə yaxşı çıxış etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bacardığımız qədər çox qol imkanları yaratmağa çalışacağıq. Müdafiədə bəzi boşluqları aradan götürməliyik. Arxa xəttdə etibarlı oynayacağımız təqdirdə macarlara qol imkanı vermərik və onlara çətinlik yaşatmış olarıq.

- Milli komandamız artıq 9 oyundur qələbə qazana bilmir. Azarkeşlər səbirsizliklə bu uğursuz seriyanın qırılmasını gözləyirlər. Yığmanın aparıcı futbolçularından biri kimi fanatlara nə sözünüz var?

- Mən azarkeşləri çox yaxşı başa düşürəm. Onlar milli komanda səviyyəsində qələbə qazanmağımızı istəyirlər. Bu, onların haqqıdır. Sadəcə, azarkeşlər də anlasınlar ki, biz də qalib gəlmək istəyirik. Ancaq bəzən hər şey öz əlimizdə olmur. Qələbəni, uğuru biz də arzulayırıq. Azarkeşlər səbrli olsunlar, gələcəyə nikbin baxsınlar. İnşallah, gələcəkdə milli komanda öz oyun üslubunu tapıb nailiyyət qazanar. Bir az səbrli olsunlar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Oxşar xəbərlər