top
Elvin Camalov: Bu haqda danışmayaq, daha yaxşıdır - MÜSAHİBƏ Idman.biz
25 may 2025, 17:11
- ↺ +

Elvin Camalov: "Bu haqda danışmayaq, daha yaxşıdır" - MÜSAHİBƏ

"Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalov jurnalistlərin suallarını cavablandırıb. İdman.biz Futbolxeber.az-a istinadən müsahibəni təqdim edir:

- Uğursuz mövsüm keçirən "Neftçi" son turda da uduzdu...

- Əslində pis oyun keçirmədik. Qol vəziyyətləri yaratdıq. Lakin imkanlardan istifadə edə bilmədik. Mövsümü 3 xalla başa vurmaq istəyirdik. Təəssüf ki, meydanı məğlub tərk etdik.

- Qırmızı vərəqələr oyunun taleyinə nə dərəcədə təsir göstərdi?

- Rəqib azlıqda qaldıqdan sonra say üstünlüyündən istifadə edə bilmədik. Əksinə, rəqib azlıqda qalandan sonra qapımızda qol gördük. Sonra çalışdıq ki, hesabı bərabərləşdirək. Qol vurmaq əvəzinə özümüz azlıqda qaldıq.

- Belə görünürdü ki, rəqib azlıqda qaldıqdan sonra daha yaxşı oynamağa başladı. Bunu nə ilə əlaqələndirmək olar?

- Bəlkə kənardan belə görünüb. Amma bizim də elə oyunlarımız olub ki, komanda azlıqda qaldıqdan sonra daha yaxşı təsir bağışlayıb, oyunçular daha çox yandırıb. Matça əzmkar başlamışdıq. İlk hissədə Ozobiçin epizodu qol olsaydı, fərqli oyun alınardı. Bu cür matçlar elədir ki, gərək tez qol vurasan.

- Qalib gəlsəydiniz, mövsümü 5-ci yerdə başa vuracaqdınız. Bu məqam da motivasiyanızı artırmamışdı?

- "Sabah"la oyunlar həmişə oyunlar prinsipial xarakter daşıyır, gərgin keçir. Bu oyun da istisna olmadı. Vacib görüş idi bizim üçün. Bəli, 3 xal qazansaydıq, 1 pillə irəliləyəcəkdik. Təəssüf ki, alınmadı. İnşallah yeni mövsümə uğurlu start verib bu nəticələri unutduracağıq.

- "Sabah" Avroliqaya yollansa, daxilinizdə cüzi də olsa klubunuzu dəyişdiyiniz üçün təəssüf hiss keçirməyəcəksiniz?

- Xeyr, heç bir peşmanlıq yoxdur. Fikrim "Neftçi"dədir. "Neftçi" ilə uğurlar qazanmaq istəyirəm. Arzu edirəm ki, yaxşı nəticələr qazanaq və mən də bunda pay sahibi olum.

- Sabiq baş məşqçiniz Murad Musayev Rusiya çempionu oldu. Onu təbrik edəcəksiniz?

- Əlbəttə, təbrik edəcəm. Sevindim onun adına. Daha əvvəl Musayevin rəhbərliyi altında oynamışam, kapitan olmuşam. Elə sizin vasitənizlə də təbrik edirəm.

- Artıq mövsüm yekunlaşıb. Bəlkə "Sabah"ın kubokun yarımfinal matçından öncə yayımladığı həmin qalmaqallı açıqlamaya aydınlıq gətirəsiniz...

- Məncə, bu barədə danışmasaq, yaxşıdır.

- Biz bildiyimiz qədər Sekidikanın "Neftçi"yə gəlmək məsələsində təşəbbüskar siz yox, o özü olub. Bu halda haqsız yerdə ittiham olunmağınız nə dərəcədə doğrudur?

- O mövzuya qayıtmaq istəmirəm. Sizdən də xahiş edirəm ki, bu məsələni bağlayaq.

- Milli komandanın heyətində yer almadınız. Fernandu Santuşdan dəvət gözləyirdiniz?

- Hər zaman millidən dəvət gözləyirəm. Komandaya kömək etməyə hazırıq. Bu dəfə dəvət almasam da, baş məşqçinin qərarına hörmətlə yanaşıram. Əlimdən gələni edəcəm ki, gələn toplanışlarda yenidən yığmaya dəvət alım.

- Mövsüm ərzindəki öz performansınızı necə dəyərləndirirsiniz?

- Əvvəlki klubunda yeni baş məşqçinin gəlişindən sonra şans qazanmadım. Lakin "Neftçi"də Samir Abasov gəldiyim gündən mənə güvənir. Komandaya qoşulanda yaxşı vəziyyətdə idim. Sonradan bir qədər eniş yaşadım. İnanıram ki, yay toplanışında bunu düzəldəcəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Gimnastika
Bu gün, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Bu gün, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Bu gün, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Bu gün, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Bu gün, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Bu gün, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Futbol
Bu gün, 21:38

Zaur Həşimov: Komanda artıq qalibiyyət ümidini bərpa edir

Qarabağ FK
Bu gün, 21:25

“Qarabağ” FK ev oyunlarını yenidən Azersun Arena'da keçirəcək

Futbol
Bu gün, 20:59

“Fənərbağça”nın yeni baş məşqçisi “Milan”ın sabiq sürücüsü Serjiu Konseysau olacaq

Güləş
Bu gün, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Oxşar xəbərlər