"Neftçi" bu gün ikinci transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat yayılıb.
Paytaxt klubu Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib. 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Rusiyanın "Zenit" (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə komandamızın şərəfini qoruyub.
Onun sonuncu klubu "Sumqayıt" (2019-2025) olub.
Qeyd edək ki, Elvin Bədəlov Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə 33 matçda meydana çıxıb və 3 qolla yadda qalıb.
İdman.biz