"Başqa təkliflərim var idi. Amma "Turan Tovuz"da qalmağı lazım bildim. İki ildi komandadayam. Bura öyrəşmişəm, hər şey məni qane edir. Ona görə daha 1 il "boz qurd"un sıralarında olmağa qərar verdim". Bu sözləri Sport24.az-a açıqlamasında Eltun Turabov deyib.
Futbolçu yeni baş məşqçinin gəlişiylə daha da iddialı olacaqlarını düşünür: "Hazırda növbəti mövsüm üçün ciddi işlər gedir. Komandaya yeni baş məşqçi gəlib. Onun savadı, təcrübəsi hamıya bəllidir. Odur ki, Kurban Berdıyev qısa vaxtda öz futbol fəlsəfəsini bizə aşılamağa çalışacaq. Bizim də işimiz onun göstəriş və tapşırıqlarını canla-başla yerinə yetirməkdi. İnanıram ki, qarşıdan gələb mövsüm daha da iddialı olacağıq. Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdı. Bunun üçün isə ilk turlardan bütün gücümüzü ortaya qoymalıyıq".
Qeyd edək ki, 27 yaşlı dayaq yarımmüdafiəçisi 2022-ci ildən Qərb təmsilçisinin formasını geyinir.