top
Elşən Qəmbərov ABŞ-da Azərbaycan futbolu, Qarabağın uğurları və Şeffildə keçid imkanından danışıb Idman.biz
25 dekabr 2025, 22:42
- +

Elşən Qəmbərov ABŞ-da Azərbaycan futbolu, "Qarabağ"ın uğurları və "Şeffild"ə keçid imkanından danışıb

"Qarabağ" tarix yazıb. ABŞ-da xarici dostlarım var, hamısı yaxşı mənada deyir ki, "Qarabağ" dəhşətli komandadır".

İdman.Biz bildirir kki, bu sözləri hazırda ABŞ-da yaşayan Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərov deyib.

Nyu-Yorkda "Bridgeview Soccer Academy"nin rəhbəri olan həmyerlimiz Sportal.az-a müsahibəsində oradakı işlərindən, Azərbaycan futbolunun kənardan necə görünməsindən, "Qarabağ" və milli komandadan danışıb.

- ABŞ-da fəaliyyətiniz necə gedir?

- Artıq 16 ildən çoxdur ki, ABŞ-dayam, Nyu-Yorkda. İşlərimiz yaxşı gedir. 8 il bundan əvvəl ABŞ-da bu işə başlayanda 50-60 uşaqla məşğul olurduq. Şərikim Oleqdir, elə ikimiz də klubun sahibik. Hazırda isə 500-dən çox uşaq futbolla məşğul olur, 14 məşqçimiz, ofis menecerimiz var. Bruklində ən böyük uşaq futbol klubu sayılırıq, Nyu-Yorkda isə 10 böyük uşaq futbol klubundan biriyik. David Vilyanın da akademiyası var, özü də gəlib Nyu-Yorka. ABŞ-da futbolun səviyyəsi çox yüksəlib. Gələn il dünya çempionatı da keçiriləcək. Lionel Messi, Serxio Buskets kimi ulduzlar da MLS-də oynadı. Klublararası dünya çempionatı da ABŞ-da keçirildi. İnsanların futbola qarşı münasibəti yaxşı mənada dəyişib. Donald Tramp özü də futbolu çox sevir, dəstək olur. Klublararası dünya çempionatında da qalibə kuboku özü verdi. Bizim 2015-ci il təvəllüdlü yaşlılardan ibarət komandamız ştatlararası çempionatda çempion olmuşdular. Orada futbola 2-3 yaşdan başlayırıq. Bu proqram dünyada ola bilər ki, 20-30 klubda həyata keçirilir. Çünki 2-3 yaşlı uşaqlarla işləmək çox çətindir. Məşqçinin də işləməsi üçün 40 dəqiqəsi var, icazə də veririk ki, lazım gəldikdə uşaqların valideynləri də meydana daxil olsun. Koordinasiya, balans, güc, qaçmaq kim detallar üzərində işləyirik. 21-ci əsrdə telefon 2-3 yaşlı uşağın əlindədir. Valideynlər də uşaqları futbola gətiririk ki, qaçsınlar, idmanla məşğul olsunlar.

- Azərbaycanda uşaq futbolu ilə maraqlanmısız? Adətən uşaq futbolumuzun durumunun yaxşı olmadığı deyilir. Sizcə, ABŞ-da uşaq futbolunda reallaşdırdığınız nələri Azərbaycanda da tətbiq etmək olar?

- Bəli, maraqlanmışam. Bakıxanovda məskunlaşan "Xəzər" uşaq futbol komandası var, Bakıda olanda onların məşqlərinə tez-tez gedirəm, dostlarım var bu klubda, məşqlərinə baxıram. Konus, baryer filan bu yöndə köməklik edirəm. Orada 2-3 futbolçu var ki, həqiqətən çox güclüdürlər. Bayram adlı uşaq var, indi EFA-da çıxış edir. "Xəzər"dən 4-5 nəfər yollandı EFA-ya. O uşaqlar həmin kluba yollandıqdan sonra indiki komandalarının keyfiyyətini yüksəltdilər. Demək ki, istedadlılarımız var. Uşaq futbolunda ümumilikdə nələr çatışmır? Baxıram da, eşidirəm, görürəm komandalar var ki, icarəyə meydançalar götürürlər, onu verməyə pul yoxdur, ABŞ-da isə belə uşaq komandalarına maliyyə sarıdan da köməklik edirlər. Azərbaycanda isə uşaq komandalarının pulu yoxdursa, icarəyə stadion götürə bilmirlər və bərbad meydançada məşq etməyə məcbur olurlar. Uşaqların da bəziləri elə futboldan ayrılırlar. Qışda uşaqlar harada məşq etsin? ABŞ-da bizim qış fəsli üçün zalımız var. Yalnız meydança üçün 280 min dollar pul xərcləmişik. Konus, baryer, toplar, qapılar ABŞ-da yüksək səviyyədədir. Hələ mən uşaq futbolundan danışıram. Orada uşaq futbolunda keçirilən məşqlərə baxsaz, sanki milli komanda məşq edir. Ciddiyyət, infrastruktur var. Azərbaycanda isə adi şeylər yoxdur.

- Artıq neçə ildir ki, akademiyanız fəaliyyət göstərir. Maraqlıdır, MLS və ya başqa liqalarda oynayan yetirmələriniz var?

- Var. Giorgi Çirqadze var idi, yetirməmiz idi. O, "Nyu-York Red Bull" klubunda oynayırdı, Tyerri Anri ilə birlikdə idi. Sonradan Gürcüstana yollandı, Azərbaycanda oynaya bilərdi, baxışa yollanmışdı, sonda nəsə alınmadı. Daha sonra Əziz Ziyayev "Nyu-York Red Bull"da idi. Bir az işə ciddi yanaşsaydılar, qabağa gedərdilər. Özü də klubları onları bəyənmişdilər. Sadəcə işə ciddiyyət olmadı. Halbuki onlardan savayı daha 2 uşaq getmişdi, indi də MLS-də oynayırlar. Biri dedi ki, uzaqdır, həftədə iki dəfə gedə bilmərik. Təəssüf. Amma çox istedadlı uşaqlar idilər.

- Azərbaycan futbolu deyəndə, hazırda dünyada yəqin ki, dərhal "Qarabağ" xatırlanır. ABŞ-da bu komanda haqda yerli əhali ilə söhbətləriniz olur?

- Bakıya gələndə həmişə Qurban Qurbanovla görüşürəm. "Qarabağ" tarix yazıb. ABŞ-da xarici dostlarım var, hamısı yaxşı mənada deyir ki, "Qarabağ" dəhşətli komandadır. Bu komanda uğurlu nəticə göstərən kimi, dərhal zəng edib məni də təbrik edirlər. Qurban Qurbanov, Musa Qurbanovla birlikdə "Turan Tovuz"da da oynamışam. Həqiqətən də "Qarabağ"ın uğurları məni çox sevindirir. Buna görə şadam.

- Sabiq komandalarından biri də "Neftçi"dir. Onlar nə qədər etsə də, hələ ki turnir cədvəlində yuxarı pillələrdə deyillər. Bu komanda haqda fikrin necədir?

- "Neftçi" hər zaman ürəyimdədir. ABŞ-da "Neftçi" və "Dinamo" (Səmərqənd) klublarının formasını da geyinirəm. "Neftçi"də mənə qarşı bəzi haqsızlıqlar da olmuşdu. Artıq geridə qalıb. Amma mən bu komandada oynadığım dönəmdə də ən yaxşısını etməyə çalışmışam. Xatırlayıram, Rövnəq Abdullayevin ən sevimli futbolçularından biri idim. Doğum günüm idi, tortla gəlmişdilər, deyirdi ki, bizim sürətli futbolçumuz haradadır? "Neftçi"yə böyük hörmətim olub və olacaq da.

- "Neftçi"də yüksək büdcə olsa da, "Qarabağ"ın dominantlığının qarşısını ala bilmirlər...

- Qurban Qurbanov elə sistem və atmosfer yaratdı ki, onlar nəticə qazandı. Özünü yuxarı başa qoymur, komanda ilə birlikdədir, futbolçularla "kvadrat" oynayır, onlarla iç-içədir, birlikdə qaçır, üstəlik, orada halalçılıq var. "Neftçi"də bundan əvvəl Samir Abasov idi baş məşqçi. Düzü, mən onu güclü futbolçu kimi də görməmişəm. "Neftçi"nin uşaq futbol komandasını inkişaf etdirsələr, yerli oyunçuları əsas komandaya qədər yüksəltsələr, buna çox sevinərəm. Əsas komandada 9 yerli oyunçu olsun, iki legioner də problem deyil.

- Yerli futbolçuların stabil oynamaqla bağlı problemi daha da çoxalıb. Çünki Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilib...

- Xeyr, limit olmalıdır. Limit olmasa, azərbaycanlı futbolçular nə vaxt oynayacaq? Legioner gəlib pul qazanır, vəssalam. Biz millidə oynayanda iki legionerimiz var idi - Narvik Sırxayev və Deni Qaysumov, digərləri özümüz idik. Qurban Qurbanov, Dmitri Kramarenko Rusiyada, mən Özbəkistanda oynayırdım. Bizim uşaqlar harada oynayır? O vaxtı Estoniya ilə oyundan sonra İngiltərə klubuna keçə bilərdim. Mən tək deyildim, mənimlə yanaşı Hüseyn Məhəmmədov, Vidadi Rzayev, Vyaçeslav Lıçkini İngiltərə klubu istəyirdi. "Şeffild Vensdey"ə keçə bilərdik. Bir tanınmış xarici futbol adamı var idi, hamımızı İngiltərə klubuna aparırdı. Lakin Fuad Musayev bizi buraxmadı. Vidadi Rzayev "Turan Tovuz"da oynayanda ona ABŞ klubundan rəsmi təklif gəlmişdi. Amma bizi buraxmamışdılar. Çox heyf. Hər halda, həyatdır da.

- Rusiyada oynayan, əslən azərbaycanlı oyunçular təəssüf ki, Azərbaycan millisinə ikinci variant kimi baxır. AFFA-dan təklif gəlsə də, gözlədirlər ki, Rusiya yığmasından dəvət gəlməyəcəyi təqdirdə, millimizə gəlsinlər. Amma Qafqazın digər ölkələrində fərqlidir.

- Mən onların yerinə olsam, Rusiyada hansı klubda oynasam belə, dərhal gələrdim Azərbaycan yığmasına. Məsələn, Gürcüstan yığması ilə məsələ fərqlidir. Onlar dərhal öz yığmalarına gedirlər.

- Qurban Qurbanovun məşqçi olaraq, bu səviyyəyə gəlib çatmasının əsas sirri nədədir?

- Öz üzərində işləməsi. İnsan gərək daim öz üzərində işləsin. Qurban Qurbanov futbolçuları ilə birlikdir. Yaxşı söz var, deyirlər ki, gərək sən komandanı özündə görəsən, özünü komandada yox. Qurbanda bunlar var, futbolçularla kommunikasiyası əladır, halalçılıq var. İnanıram ki, daha da yuxarılara gedəcəklər.

- Azərbaycan millisinin durumunu necə dəyərləndirirsən?

- Ayxan Abbasov yaxşı oğlandır, oynayanda da səliqəli, normal insan idi. Amma burada məsələ baş məşqçi ilə bağlı deyil, burada sistem olmalıdır. Özbəkistan dünya çempionatına elə-belə çıxmadı. Millidə legionerlər oynamamalıdır. Bizdə istedadlı uşaqlarımız var, onlar oynamalıdır. Bilirsiz, bizim futbolda mənim xətrimə, onun xətrinə mövzuları olmamalıdır. Bax, mənim xətrimə, onun xətrinə mövzularına görə futbolumuz bu durumdadır. O vaxtı "Olimpik"də kapitan idim, o zəng edirdi ki, bu futbolçunu denən də, o futbolçunu denən də, 100 zəng gəlirdi. Sonda nömrəmi dəyişdim. Bilirsiz, biz çox varlı dövlətik, resurslarımız var. Hər halda, futbolumuza diqqət də var. Fikirmcə, hər şey daha yaxşı olmalıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:51

"Yuventus" Kenan Yıldızın transferinə 100 milyon avro tələb edir

Boks
Bu gün, 17:40

Azərbaycanı qitə çempionatında 13 boksçu təmsil edəcək

Futbol
Bu gün, 17:39

10 il əvvəl Modriçlə şəkil çəkdirən gənc futbolçu indi Milanın heyətində kumiri ilə oynayır

Futbol
Bu gün, 17:18

AFFA rəsmisi UEFA-nın matç direktoru kimi Tbilisidə səfərdə olub

Güləş
Bu gün, 17:07

Azərbaycan güləşçiləri Rumıniya turnirində 5 medala sahib olublar

Futbol
Bu gün, 17:00

Kəpəz”ə Kiyev “Dinamo”sunun keçmiş futbolçusu qoşuldu

Olimpiada
Bu gün, 16:55

Azərbaycan paraüzgüçülərinin uğurları: ötən illər və gələcək perspektivləri

Boks
Bu gün, 16:41

U-19 Avropa boks çempionatında Azərbaycanı 13 idmançı təmsil edəcək

Futbol
Bu gün, 16:40

Beşiktaş Duşan Vlahoviçə 8 milyon avro maaşla müqavilə təklif edib

Futbol
Bu gün, 16:20

Vest Hem Ceymi Vardi ilə maraqlanır

Voleybol
Bu gün, 16:13

Xilasedici voleybol komandası çexiyalı voleybolçu ilə güclənib

Futbol
Bu gün, 16:00

Braziliyalı hücumçu Rene Azərbaycan klubunun təklifini rədd etdi

Futbol
Bu gün, 15:50

„Neftçi“nin keçmiş futbolçusu „Karvan-Yevlax“da

Futbol
Bu gün, 15:40

Atletiko "Lill"dən 35 milyonluq təklif etdi

Futbol
Bu gün, 15:28

Karvan-Yevlax Lətif Rzayevi transfer edib

Futbol
Bu gün, 15:00

Araz-Naxçivan icarə əsasında Neftçinin hücumçusunu heyətinə cəlb edib

Futbol
Bu gün, 14:50

„Karvan-Yevlax“ „İmişli“dən futbolçu transfer edib

Futbol
Bu gün, 14:45

Sumqayıt - Neftçi matçının keçiriləcəyi yer dəyişdirildi

Futbol
Bu gün, 14:40

Andrey Sinenko "Dnepr"e keçib

Basketbol
Bu gün, 14:38

Los-Anceles Klippers NBA-nın ən hündür və ən alçaqboylu basketbolçularını transfer edib

Futbol
Bu gün, 14:23

Boyan Letiç “Araz Naxçıvan”la müqavilə imzalayacaq

Futbol
Bu gün, 14:08

Harri Keyn “Bavariya” ilə müqaviləsini 2029-cu ilə qədər uzadacaq

Futbol
Bu gün, 13:52

Trabzonspor azarkeşi loja icarəsini 2040-ci ilədək uzadır, 100 milyon lirə ödəyib

Futbol
Bu gün, 13:45

Sumqayıt "Neftçi" ilə qarşılaşmasını digər stadionda keçirəcək

Oxşar xəbərlər