top
Elmir Xankişiyev Sabahdan sürpriz gözləyir: Lakin favorit Qarabağdır - MÜSAHİBƏ Idman.biz
31 may 2025, 10:35
- ↺ +

Elmir Xankişiyev "Sabah"dan sürpriz gözləyir: "Lakin favorit "Qarabağ"dır" - MÜSAHİBƏ

"Səbail"in sabiq məşqçisi Elmir Xankişiyevin futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının başa çatan mövsümü əvvəlkilərdən nə ilə fərqləndi? Hansı komandalar sizi müsbət mənada təəccübləndirə bildilər?

– Ənənəvi olaraq "Qarabağ" çempionluq yaşadı. Bu, əvvəlcədən bilinirdi. "Zirə"nin irəli yerlər uğrunda mübarizə aparacağı bəlli idi. Amma ikinci yeri tutması bir qədər sürpriz oldu. Çünki əvvəldən "Neftçi" və "Sabah"ın daha yüksək yerlər uğrunda oynayacağı təxmin edilirdi. Məni mənfi mənada təəccübləndirən bu iki komanda oldu. "Sabah" və "Neftçi" öz potensiallarından aşağı çıxış etdilər, çempionatda istədikləri yerləri tuta bilmədilər. "Sabah"ın kubokda final oyunu qalıb. Həlledici oyunda "Qarabağ"a uduzsalar, mövsüm onlar üçün uğursuz nəticələnəcək. Müsbət mənada təəccübləndirən isə "Araz-Naxçıvan" oldu. Onların 3-cü yeri tutacağını və avrokuboklara vəsiqə qazanacağını mövsümün startından öncə heç kəs gözləmirdi.

– Mövsümün əvvəlində köməkçi məşqçi kimi çalışdığınız "Səbail"in sezonun sonunda I Liqaya düşməsi sizə necə təsir etdi?

– Əlbəttə, "Səbail"in Premyer Liqanı tərk etməsi mənə çox pis təsir etdi. İki il o klubda çalışdım. I Liqaya düşmələrinə çox üzüldüm. Ümid edirəm ki, "Səbail" komandası toparlanaraq "Qəbələ" kimi 1 ildən sonra Premyer Liqaya qayıdar. "Səbail"ə uğurlar arzulayıram.

– Sizcə, bu mövsümün tapıntısı hansı futbolçular oldu?

– 2-3 gənc oyunçunu qeyd edə bilərəm. "Səbail"dən qapıçı Əlirza Müştəbazadə bu ilin tapıntısı kimi üzə çıxdı. "Sabah"dan Xəyal Əliyev də özünü yaxşı tərəfdən göstərdi. Bir də "Şamaxı"dan Edqar Adilxanovun adını çəkərdim. Əvvəllər heç yerdə tanımadığımız bu futbolçular cari mövsümdə özlərini yaxşı tərəfdən göstərib tanındılar. Onlara gələcək karyeralarında uğurlar arzulayıram. Daha da artırsınlar, daha çox məşq etsinlər və bundan da yüksək zirvələrə ucalsınlar.

– Bu gün "Qarabağ" və "Sabah" arasında ölkə kubokunun final matçı keçiriləcək. Kimin qalib gələcəyini düşünürsünüz?

– Favorit "Qarabağ"dır. Amma final matçları elə oyunlardır ki, hər zaman sürpriz gözləmək olar. "Sabah" da sürprizə imza ata bilər. Çünki avrokuboklara çıxması üçün bu, son şansdır. Ancaq dediyim kimi, "Qarabağ"ı favorit sayıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:29

Şəki 11:1 hesabına Ağstafa Gəncləri qarşısında ağır uduzdu

Futbol
Bu gün, 19:13

Xetafe, Sevilya üzərində 3-1 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 18:49

Fermin Lopes Manchester Unitedin marağını rədd edib, Barselona’da qalmaq istəyir

Basketbol
Bu gün, 18:25

Sabah və Gəncə Basketbol Liqasında Qələbə Qazanır

Basketbol
Bu gün, 18:13

NTD baş məşqçisi Tahir Baxşıyev: Komanda hələ sabit oyun nümayiş etməyə hazır deyil

Futbol
Bu gün, 17:56

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk istefa verdi

Futbol
Bu gün, 17:53

Şamaxı məşqçisi Azər Bağırov məğlubiyyətin səbəblərini açıqladı

Futbol
Bu gün, 17:43

Rafinya Messinin La Liqadakı rekordu təkrarlayıb: 11 turda 15 qol

Futbol
Bu gün, 17:34

"Komo" "Venetsiya"yı 1:0 hesabı ilə məğlub edərək A Seriyasında dördüncü yeri ələ keçirdi

Futbol
Bu gün, 17:33

Azər Bağırov: "Şamaxı"nın "Neftçi"yə qarşı matçında 100%-lik fürsətləri dəyərləndirmədiyini dedi

Futbol
Bu gün, 17:26

Babək Quliyev UEFA Gənclər Liqasının Göztəpə–AZ Alkmaar oyununda hakim‑inspektor təyin edildi

Digər
Bu gün, 17:16

Bakıda 8 noyabrda "Zəfər Kuboku" at yarışı keçiriləcək

Futbol
Bu gün, 17:15

Vernidub: "Şamaxı" heç də asan rəqib deyildi, heç bir halda xal itirə bilməzdik

Basketbol
Bu gün, 17:09

Murad Dikmen: “Gəncə”nin “NTD” üzərindəki qələbəsi və komandanın böyük hədəfləri haqında bəyanatlar verib

Futbol
Bu gün, 17:04

Neftçi Şamaxıya 3-2 qələbə verərək liderliğe yüksəldi

Futbol
Bu gün, 17:02

"Bavariya" Avropanın ilk beş liqasında məğlubiyyətsiz yeganə komanda olaraq qalıb

Basketbol
Bu gün, 17:02

"Sumqayıt" basketbol komandası baş məşqçisi hakimlərin qərəzli idarəçiliyini ittiham etdi

Futbol
Bu gün, 16:57

Everton Cek Qrilişi iki gün spirtli içki üçün heyətdən kənarlaşdırdı

Qarabağ FK
Bu gün, 16:55

"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib

Futbol
Bu gün, 16:36

Amedspor Super Liqada 5-1 qalib, Balle hat-trik etdi, qırmızı vərəqə aldı

Digər
Bu gün, 16:32

İrlandiyanın 1500 m Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib

Futbol
Bu gün, 15:58

Trabzonspor Braziliyalı Forvard Con Kennedy ilə Danışıqlara Başladı

Futbol
Bu gün, 15:55

Neftçi futbolçusu Qustavo Klinsman 'Ayın qolu' mükafatını qazandı

Futbol
Bu gün, 15:49

PFL rəhbərliyi “Şamaxı” – “Neftçi” matçını stadiondan izləyir

Oxşar xəbərlər