top
Elmir Tağıyev: Kosovoda dinamik futbol oynanılır, çempionatın səviyyəsi yüksəkdir Idman.biz
30 sentyabr 2025, 16:51
- ↺ +

Elmir Tağıyev: Kosovoda dinamik futbol oynanılır, çempionatın səviyyəsi yüksəkdir

"Kosovo çempionatının səviyyəsi çox yaxşıdır. Burada çox dinamik futbol oynanılır".

Bunu apasport.az-a müsahibəsində Kosovonun "Dreniça" klubunda oynayan həmyerlimiz Elmir Tağıyev deyib.

Həmin müsahibəni təqdim edirik:

- Kosovoda işlər necə gedir? Artıq yeni komandanda debüt etdin…

- Kosovoya gəldiyim üçün şadam. Sadəcə, bura gələndə yüngül zədəm var idi. Ona görə bir müddət oynamadım. Artıq yaxşıyam, debüt etdim və buna görə sevinirəm. Təəssüf ki, həmin oyunda uduzduq. Amma məşqlərdə daim əlimdən gələni edirəm.

- Maraqlıdır ki, bu həftə qarşılaşdığınız rəqibin heyətində digər azərbaycanlı futbolçu Yusif İmanov da var idi. Onunla matçdan əvvəl və ya sonra danışdınmı?

- Bəli, Yusif meydana çıxmasa da, "23-lük"də adı var idi. Onunla görüşdük, söhbət etdik.

- Yusiflə bu oyundan qabaq da görüşmüşdün, yoxsa ilk dəfə idi? Səncə, sizin komanda güclüdür, yoxsa onların?

- Yusiflə oyundan əvvəl də görüşmüşdük. Kosovada qalırıq deyə, görüşmək imkanımız olmuşdu. Onların komandası da yaxşı heyətə malikdir. Əslində, "Malişeva"ya qalib gələcəyimizə inanırdım, amma alınmadı. Artıq onlar bizə çatdılar, bir xallıq fərq qaldı. Ümumilikdə burada klubların səviyyəsi yaxşıdır.

- Liqanın səviyyəsi barədə nə deyə bilərsən?

- Kosovo çempionatının səviyyəsi çox yaxşıdır. Burada çox dinamik futbol oynanılır. Demək olar ki, bütün komandalar sürətli futbol nümayiş etdirir. Həqiqətən güclü liqadır.

- "Dreniça"ya və ümumilikdə Kosovaya adaptasiya ola bilmisən?

- Burada əsasən məşqlərə gedirəm, sonra vaxtımı evdə keçirirəm. Ara-sıra komanda yoldaşlarımla görüşürəm, birlikdə vaxt keçiririk. Hər halda, adaptasiya olduğumu deyə bilərəm.

- Kosovodakı gündəlik həyat rejimin necədir?

- Artıq bir aydır buradayam. Komandada məni çox yaxşı qarşıladılar. Özümü xoşbəxt hiss edirəm. Yavaş-yavaş daha çox oynamaya başlayacağıma inanıram.

- "Dreniça" hazırda çempionatda 4-cü yerdədir. Çempionluq şansınız varmı?

- Komandamız həqiqətən yaxşıdır. İnanıram ki, hətta Kosovo çempionu ola bilərik. Bunun üçün çalışırıq, hər oyunda qələbəyə oynayırıq. Mən də komanda üçün ən yaxşısını vermək istəyirəm. Ümid edirəm ki, çempionluq uğrunda sona qədər mübarizə aparacağıq. Gücümüz buna çatır, çünki yaxşı heyətimiz var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər