top
Elmar Baxşıyevin Aris üzərində qələbədən sonra fikirləri: Komanda şəklində oyuna düzgün yanaşdıq Sport24.az
24 iyul 2025, 23:17
- ↺ +

Elmar Baxşıyevin "Aris" üzərində qələbədən sonra fikirləri: "Komanda şəklində oyuna düzgün yanaşdıq"

Araz-Naxçıvan" bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk matçında "Aris"i 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Yaxşı, maraqlı, dinamik oyun gördük. Bilirdik ki, rəqib bizə nə sürprizlər hazırlayıb. Yaxşı təşkilatlanmış komandadır, yaxşı futbolçulardır. Amma yenə də komanda şəklində oyuna düzgün yanaşdıq. Layiqli qələbə qazandıq. Bizi daha çox düşündürən özümüzük. Komanda göstərdi ki, həm oyun planında, həm də xarakter baxımından möhkəmdir. Zədəlilərimiz də sıraya qayıtdıqdan sonra daha da yaxşı olacaq.  

 

- İkinci hissədə bir çox qol epizodları var idi. Həyəcanla bağlı idi, yoxsa hazırlığı yaxşı deyildi?

- Ustalıqla bağlı deyil. Futbol emosiya oyunudur. Ola bilər ki, emosiyaları üstün gəldi. O epizodlara komanda girirsə, ona alqış düşür. Qarşımızdakı rəqib yaxşı komanda idi. Oyunçular ən yaxşısını etməyə çalışırdılar.

 

- Buraxdığımız qol epizodunda penaltinin olub-olmaması açıq mövzudur. Nuno Rodriqeş meydana daxil odlqudan sonra özünü yaxşı göstərdi...

- VAR-ın tərəfdarıyam. Biz də gördük ki, penalti idi. Amma hakim fərqli qərar verdi. Hücumdan da qol buraxdıq. Siz komandanı indi görürsüz, biz 14 günlük toplanışda hiss edirdik ki, xarakteri formalaşdırır. Möhkəm komandamız var. Düşünmürəm ki, bu gün sürpriz etdik. Daha da artığını etmək gücündəyik.

 

- Hakimin oyunu idarə etməsini necə dəyərləndirərdiniz?

- Hakimliklə bağlı danışmaq istəmirəm. Futbolu qoyub hakimlikdən danışsaq, komandanı unutmuş olacağıq. Özümüzə köklənirik. 

 

- Naxçıvandan azarkeşlər də gəlmişdi oyununuza. Bu haqda fikriniz necədir?

- Bu gün atmosfer yaxşı idi. Azarkeşlər qol buraxandan sonra da komandanı tək buraxmadı, hücuma səsləyirdilər.

 

- Siz oyundan sevinclə ayrıldız?

- Mən daha çox qələbə yox, futbolçularımın meydandakı tapşırıqları yerinə yetirməyə çalışmaqları maraqlandırırdı. Özlərinə güvənirdilər. Qələbə münasibətilə onları təbrik edirəm. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı matça hazırlaşmalıyıq.

 

- Türkiyədə toplanış keçdiz, yoxlama görüşləri oynadız. İlk rəsmi oyun idi. Bir ayda görmək istədiyiniz komanda bu idi?

- Tam desəm ki, əla idik, yaxşı idik, yox. Günü-gündən yaxşılığa doğru gedirik. Bu gün meydana çıxan oyunçuların 5-i yeni qoşulub bizə. Günlər keçdikcə, futbolçular da adaptasiyanı daha rahat keçəcək.

 

- Cavab oyunu ikiqat çətin olacaq. Yunan azarkeşlər çılğın olur. Futbolçuları atmosferə uyğunlaşdırmaq üçün hansı plan var?

- Heyətimiz cavan futbolçulardan ibarət deyil. Avrokuboklarda oynamış, təcrübəyə sahibik. Düşünmürəm ki, səfərdə aura onlara təsir etsin. Komanda şəklində buna da hazır olacağıq.

 

- Mərhələlər keçsəz, Azərbaycanda hansısa ev oyunun Naxçıvanda keçirmək mümkün olacaq? 

- Biz də Naxçıvanda oynamaq istəyirik. Amma bu sual mənə aid deyil. Qərar olacaqsa, oyunlarımızı orada keçirək, komanda olaraq buna sevinərik. Oranın da başqa aurası var, futbolu orada da sevirlər. "Araz-Naxçıvan" çoxlarına sürpriz etdi, avrokuboklara getməklə. İlk qələbəmizi də qazandıq. Pillə-pillə arzulara doğru irəliləyirik. 

 

- Patrik Andrade haqda hansı fikirdəsiz?

- Komandanın aurası sağlamdır. Heyətimizdə bizimlə olan insanlar da onu görür, hiss edir. Yaxşı aura formalaşdırmışıq.Təzyiq yoxdur burada. Komandamızın potensialı bu deyil. 

 

- Bu mövsüm "Araz-Naxçıvan"ı çempionluq uğrunda mübarizədə görə bilərik?

- Çempionata hələ var. Hələ çempionatı fikirləşmirik. Futbolçularım iddialıdırlar, özlərinə güvənirlər. Çempionatda yaxşı iş ortaya qoyacağıq.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Oxşar xəbərlər