top
Elmar Baxşıyevdən Araz-Naxçıvanın hazırlıqları, transferləri və avrokubok perspektivləri ilə bağlı müsahibə Sport24.az
17 iyun 2025, 16:20
- +

Elmar Baxşıyevdən "Araz-Naxçıvan"ın hazırlıqları, transferləri və avrokubok perspektivləri ilə bağlı müsahibə

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Report"a danışıb. Sport24.az həmin müsahibəni sizə təqdim edir.

 

- Hazırlıqlar necə davam edir?

- Hazırlıqlara dünən başlamışıq, komanda üzvlərinin hamısı burada deyil. Futbolçular müxtəlif vaxtlarda gəldikləri üçün məşqlərə tam heyətlə başlamamışıq.

 

- Legionerlər komandaya qoşulub?

- Yenilərdən yalnız Çance Simakala kollektivə qoşulub.

 

- Daha əvvəl israilli legionerlə müqavilə bağlamışdınız. O, Azərbaycana gələ bilib?

- Xeyr, hələ ölkəsindədir, yolunu gözləyirik.

 

- Gələ bilməyəcəyi təqdirdə onunla müqaviləyə xitam verilə bilər?

- Xeyr, bu ondan asılı olan məsələ deyil. Ona görə də gözləmə mövqeyindəyik. Ümid edirik ki, tezliklə həll olunacaq.

 

- 12 futbolçu ilə müqaviləni yeniləmisiniz, həmçinin iki yeni transferiniz var. Transfer planlarınız necədir, ümumilikdə neçə legioner cəlb etmək fikrindəsiniz?

- Komandanı hələ tam komplektləşdirməmişik. Axtarışlarımız davam edir. Bəzi mövqelərdəki boşluqları doldurmaq məcburiyyətindəyik.

 

- Ümumiyyətlə, heyətə neçə legioner cəlb etməyi düşünürsünüz?

- Sayla deyə bilmərəm. Amma bir neçə mövqe var ki, futbolçular gətirməliyik.

 

- Komandadan yenə gedənlər olacaq?

- Bu, transferlərdən asılıdır. Hansı futbolçu ilə anlaşmamız alınmasa, yəqin ki, gedəcək. Heyətimiz o qədər geniş deyil ki, kimisə yollayaq. Ona görə də kiminləsə yolları ayırmağı deyil, daha çox yeni oyunçular götürməyi düşünürük.

 

- Yoxlama görüşlərindəki rəqibləriniz nə zaman müəyyənləşəcək?

- Hazırda danışıqlar gedir. Ən azı üç oyun keçirməyi planlaşdırırıq. Yəqin ki, təmin edərlər.

 

- Oyunların hamısını Türkiyədə keçirmək fikrindəsiniz?

- Planımız budur. Azərbaycandakı toplanışda öz aramızda məşq xarakterli oyun təşkil edə bilərik. Yoxlama görüşlərini Türkiyədə keçirəcəyik.

 

- "Araz-Naxçıvan" ilk dəfə avrokuboklarda mübarizə aparacaq. Təcrübəsiz komanda olaraq UEFA Konfrans Liqasında hara qədər irəliləyə biləcəyinizi düşünürsünüz?

- Müasir futbolda təcrübəli-təcrübəsiz anlayışı qalmayıb. Yaxşı komplektləşsək və hazırlıq keçsək, təcrübəsiz olduğumuz hiss edilməyəcək. İndidən hara qədər irəliləyəcəyimiz barədə düşünməyə tələsməyək. Hazırda daha çox komandanın tez bir zamanda komplektləşməsini istəyirik.

 

- Bir sıra potensial rəqibləriniz məlumdur. Püşkatma ilə bağlı fikirləriniz necədir?

- Hazırda bu barədə düşünmürük. Qismətdə nə varsa, onunla da barışmaq lazımdır.

 

- Peşəkar Futbol Liqasının bir müddət əvvəl açıqladığı statistikaya əsasən, "Araz-Naxçıvan" son mövsümdə oyunlarına ən az azarkeş gələn komanda olub. Lakin avrokuboklarda daha çox azarkeşə ehtiyacınız olacaq. Bununla bağlı nə demək istərdiniz?

- Statistikanın üzərində dayanmaq istəmirəm. Hamıya bəlidir ki, bu komanda Naxçıvanda oynasa, bəlkə də statistika baxımından birinci olardıq. İndiki durum onu göstərir ki, biz Bakıda oynadığımızdan azarkeş sayı az olub. Doğma şəhərə qayıtsaq, inanıram ki, azarkeş baxımından öndə olacağıq. Avrokuboklara gəlincə, Azərbaycanı təmsil edəcəyik. Bu səbəbdən "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasında böyük dəstək görəcəyinə inanıram.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:15

"Şamaxı" - "Sabah" oyununun nəticəsi: 1:1

Futbol
Bu gün, 18:13

"Şamaxı" və "Sabah" heç-heçə etdi: CANLI

Gimnastika
Bu gün, 18:11

Azərbaycanın qadın atletləri beynəlxalq yarışlar öncəsi SRY gen skrininindən keçiriləcək

Futbol
Bu gün, 18:02

"Sabah" "Şamaxı" üzərində qələbə qazanıb

Futbol
Bu gün, 17:56

Joze Mourinyodan "Fənərbaxça" - "Kocaelispor" matçı ilə bağlı şərh və atmaca

Futbol
Bu gün, 17:47

"Sabah" "Şamaxı"nı minimal hesabla məğlub edib

Futbol
Bu gün, 17:44

Elməddin Məmmədov: Legioner həyatı mənim üçün Azərbaycanda oynamaqdan daha rahatdır

Futbol
Bu gün, 17:26

"Qarabağ" U-15 "Turan Cup-2025"-də "Kayrat"a uduzdu

Futbol
Bu gün, 17:21

Coy-Slayd Mikels: Qardaşlarının komandalarına qarşı oyunları səbirsizliklə gözləyir

Basketbol
Bu gün, 17:19

Azərbaycan 3x3 basketbol yığması Dünya Seriyasının Səbail mərhələsinin yarımfinalında

Futbol
Bu gün, 17:17

Renatu Sançes "Panatinaikos"a keçdi

Futbol
Bu gün, 17:02

"Şamaxı" - "Sabah": Sabahdan erkən qol

Futbol
Bu gün, 17:02

Şamaxı - Sabah: Erkən Qol - CANLI

Futbol
Bu gün, 17:00

"Turan Tovuz" - "Araz-Naxçıvan": Tovuzlular Evdə Qol Seriyasını Davam Etdirə Biləcəkmi?

Futbol
Bu gün, 17:00

"Şamaxı" - "Sabah" oyunu CANLI YAYIMDA

Futbol
Bu gün, 16:57

Əli Sesay "Zirə" və "Səbail"dən sonra İngiltərənin "Morekamb" klubuna keçdi

Futbol
Bu gün, 16:36

Ovusu Kvabena "Qarabağ"a qayıtmaq əvəzinə "Kayserispor"a keçəcək

Futbol
Bu gün, 16:27

"Qalatasaray" "Barselona"nın yarımmüdafiəçisini icarəyə götürməyə yaxındır

Futbol
Bu gün, 16:16

"Bavariya" "Mançester Yunayted"in Sanço və Heylunndla maraqlanır

Futbol
Bu gün, 16:11

"Şamaxı" - "Sabah": Oyunun start heyətləri açıqlanıb

Futbol
Bu gün, 16:10

Kosovo çempionunun məşqçisi: "Qarabağ"ın uğurunun sirri sabitlik və səbirdir" - MÜSAHİBƏ

Futbol
Bu gün, 15:58

Ronaldo dörd fərqli klub və millidə 100+ qol vuran ilk futbolçu oldu

Futbol
Bu gün, 15:53

"Şamaxı" - "Sabah": Heyətlər və Oyun Öncesi Məlumat

Futbol
Bu gün, 15:47

"Qarabağ" U-15 "Turan Cup-2025"-də "Kayrat"a məğlub oldu

Oxşar xəbərlər