top
Elmar Baxşıyevdən Araz-Naxçıvan, transferlər və Arislə oyun haqda MÜSAHİBƏ Idman.biz
29 iyun 2025, 16:35
- +

Elmar Baxşıyevdən "Araz-Naxçıvan", transferlər və "Aris"lə oyun haqda MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevin QOL.az saytına müsahibəsi

- Məşqləriniz necə keçir? Oyunçuların hazırkı vəziyyəti sizi nə dərəcədə razı salır?

- Futbolçuların vəziyyəti günü-gündən yaxşıya doğru gedir. Hər şey qaydasındadır. Əlimizdən gələni edirik ki, komanda qısa zamanda optimal formaya düşsün. Toplanışın gedişindən razıyam.

- UEFA Konfrans Liqasında "Aris"lə ilk oyuna qədər legionerlərin komandaya tam uyğunlaşması mümkün olacaq?

- Vaxtımız var. Yeni gələnlər də komandaya uyğunlaşırlar. İnanıram ki, "Aris"lə ilk matça qədər komanda hazır olacaq.

- "Qarabağ"dan ayrılan Patrik Andradenin "Neftçi"yə keçəcəyi deyilsə də, "Araz-Naxçıvan"a transfer olundu...

- Andrade bəyəndiyim, sərəncamımda görmək istədiyim futbolçu idi. Şadam ki, bizə qoşuldu. Komandamıza faydalı olacağını düşünürəm.

- Komandanızın əsas müdafiəçisi İqor Ribeyro avrokuboklardan sonra "Neftçi"yə qoşulacaq. Onun əvəzinə arxa xətt oyunçusu axtarırsınız?

- İqor avrokuboklarda bizimlə olacaq. Sonrasını hazırda düşünmürük. Əlbəttə, onun yerini doldurmaq fikrindəyik.

- Bəs müdafiədən başqa, hansısa mövqeni gücləndirmək fikrindəsiniz, yoxsa heyətin komplektləşdirilməsi artıq yekunlaşıb?

- Gücləndirmək istədiyimiz müdafiə xətti qalıb. Amma ümumilikdə əlavə futbolçu götürmək şansı olsa, transfer mümkündür.

- Yəqin ki, artıq "Aris"i analiz etməyə başlamısınız.

- Açığı, geniş planda analiz etməmişik. Ümumi məlumatımız var.

- Avrokuboklarda rəqib müəyyənləşəndən sonra "Aris"ə görə planlarınızda hansısa dəyişiklik oldu?

- Xeyr. Hazırda daha çox rəqib yox, öz hazırlığımız barədə düşünürük. İlk növbədə komandanı istədiyimiz formaya çatdırmalıyıq.

- Yunanıstan klubunun heyətində ümumilikdə 22 legionerləri var, onlardan da 8-i ispandır və "Barselona", "Real" kimi klubların yetirmələridir. Məlum məsələdir ki, bütün bunlar "Araz-Naxçıvan"ın işini çətinləşdirir. Real yanaşsaq, mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?

- Bəli, rəqibin heyəti güclüdür. Amma dediyim kimi, indiki məqamda daha çox yaxşı hazırlıq keçib, qarşıdakı matça optimal formada hazır olmaq barədə düşünürük. Rəqibə düzgün yanaşıb, uğurlu nəticəyə köklənəcəyik. Təbii ki, "Aris" adlı-sanlı rəqibdir. Bununla belə, futbolçularım ən yaxşısını etməyə çalışacaqlar.

- İlk oyunun Bakıda olması "Araz-Naxçıvan"ın əleyhinədir?

- Səfər qolu ləğv edildikdən sonra artıq müasir futbolda ilk oyunun, yaxud ikinci görüşün hansı meydanda keçirilməsi ciddi önəm kəsb etmir. Ona görə də ilk matçı evdə keçirməyin əleyhimizə olduğunu düşünmürəm.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:30

"Liverpul" Ekitike transferi üçün "Ayntraxt"a 90 milyon avro təklif edib

Gimnastika
Bu gün, 02:12

MOK nümayəndəsi Osiekdəki gimnastlarımızla görüşüb

Boks
Bu gün, 01:47

Usik Dubuanı nokautla məğlub edib, revanş baş tutmayıb

Futbol
Bu gün, 01:23

"Qalatasaray" Ederson ilə Şəxsi Müqavilə Şərtlərini Razılaşdırdı, "Mançester Siti" ilə Danışıqlar Gözlənilir

Olimpiada
Bu gün, 00:54

Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanın bayraqdarları məlum oldu

Digər
Bu gün, 00:54

"Sağlam həyat" layihəsi "Dəniz Mall" Ticarət Mərkəzinin qarşısında keçirilib - FOTO

Futbol
Bu gün, 00:34

"Qarabağ"ın gənc futbolçusu İngiltərə komandasından müqavilə təklifi alıb

Futbol
Bu gün, 00:08

Freddi Varqasın icarəsi üçün "Neftçi"nin "Makkabi"yə ödədiyi məbləğ açıqlanıb

Futbol
Dünən, 23:25

"Araz-Naxçıvan"ın rəqibi "Aris" "Qalatasaray"ın keçmiş futbolçusu Morutanı transfer edib

Güləş
Dünən, 23:11

Azərbaycan güləşçiləri Budapeşt reytinq turnirində 2 bürünc medal qazanıb

Digər
Dünən, 22:56

Media nümayəndələri arasında velosiped yarışı keçirildi: qaliblər müəyyənləşdi - FOTO

Futbol
Dünən, 22:50

"Turan Tovuz" Türkiyədə "Çorum" ilə heç-heçə etdi

Güləş
Dünən, 22:26

Budapeşt 2024: Yunan-Roma güləşçilərimizdən iki bürünc medal - YENİLƏNİB

Gimnastika
Dünən, 22:14

Güllü Ağalarzadə: Universiadada qazanılan uğur dünya çempionatına atılan addımdır

Futbol
Dünən, 21:53

"İmişli" yoxlama oyununda "Araz-Naxçıvan"ı yenib

Formula 1
Dünən, 21:51

Bakıda "Legends of the night" yarışı baş tutub: Nəticələr, fotolar və video

Cüdo
Dünən, 21:37

U-14 yeniyetmə cüdoçular arasında Ne-Vaza üzrə ACF Kubokunun qalibləri müəyyən olunub

Formula 1
Dünən, 21:23

Bakıda "Legends of the night" yarışı keçirilib: nəticələr və iştirakçılar

Güləş
Dünən, 21:17

Budapeşt-2024: Nurullayevdən bürünc, Cəfərov və Abbasov zədəli, Məmmədov medal şansını saxlayır

Futbol
Dünən, 21:10

"Turan Tovuz" Türkiyədə "Çorum"la heç-heçə edib

Futbol
Dünən, 20:54

Markus Reşford "Barselona"ya icarəyə verilir

Futbol
Dünən, 20:54

Roberto Olabe: "Turan Tovuz"a gəlməyimdə Berdıyevin də rolu oldu

Gimnastika
Dünən, 20:50

Universiada: Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar

Olimpiada
Dünən, 20:35

Dövlət qurumları əməkdaşlarının üzgüçülük yarışının qalibləri məlum oldu - FOTO

Oxşar xəbərlər