top
Elmar Baxşıyev: Türkiyə toplanışının bəhrəsini görəcəyik, Arisə qarşı yaxşı çıxış etmək istəyirik Idman.biz
Bu gün, 15:39
- +

Elmar Baxşıyev: Türkiyə toplanışının bəhrəsini görəcəyik, "Aris"ə qarşı yaxşı çıxış etmək istəyirik

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevin "Report"a müsahibəsi

- Türkiyədə baş tutan təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?

- Komandamız üçün maraqlı, xeyirli bir toplanış oldu. İki həftə ərzində həm fiziki, həm də taktiki-texniki planda çalışdıq. Uşaqlar həm həvəsli, həm də istəkli idilər, verilən tapşırıqları maksimum dərəcədə yerinə yetirməyə çalışırdılar. Yeni transferlərimizin uyğunlaşması baxımından da bu toplanış faydalı oldu. "Aris"lə oyunun hazırlığının son hissəsini Bakıda reallaşdıracağıq. Toplanış vaxtı müəyyən yükləmələr verildi, taktiki-texniki çalışmalar oldu. Bunun bəhrəsini tədricən görəcəyik. Ona görə komandanın 100 faiz hazır olduğunu demək olmaz. Ancaq bu göstəricinin 70-80 faizə yaxın olduğunu düşünürəm.

- Toplanış zamanı müsbət və mənfi məqamlar nədən ibarət oldu?

- Qaldığımız oteldə qidalanma ilə bağlı yaxşı şərait yaradılmışdı. Məşq meydanları da normal idi. Yaxşı hazırlaşmaq üçün hansısa problem yox idi. Komanda olaraq nə istədiyimizi, nələr etməli olduğumuzu futbolçular dərk etdilər. Məqsədə nail olmaq üçün maksimumu etməyə çalışırdılar. Təbii ki, indi hazırlığın elə mərhələsidir ki, komandada hər şeyin ideal olduğunu da demək olmaz. Verilən yükləmələr, məşqlər mövsüm ərzində özünü göstərəcək.

- Keçirdiyiniz yoxlama görüşləri arasında "Trabzonspor" kimi tanınmış komandaya qalib gəlməyiniz yaxşı mənada təəccübləndirdi. Bu qarşılaşmaya xüsusi hazırlaşmışdınız?

- Ərzurumdakı toplanışla bağlı planlar quranda 3-4 yoxlama oyunu keçirmək istədiyimizi bildirmişdik. İlk oyunda həvəskar komanda ilə qarşılaşdıq. Sonra 3 oyunumuz Türkiyə Superliqası təmsilçisi oldu. Maraqlı görüşlər keçirdik. Futbolçuların hamısına oynamaq imkanı yaratdıq. Hansısa oyuna xüsusi hazırlaşmamışdıq. Xüsusi diqqət yetirdiyimiz məqamlar var idi ki, ona fokuslanırdıq. Yəni yoxlama oyunlarındakı nəticədən çox, komandanın meydanda gördüyü iş bizi düşündürürdü. "Trabzonspor"un ölkəmizdə də azarkeşləri çoxdur və bu oyuna marağın böyük olduğunu bilirdik.

- Yeni transferlərdən ən çox kimin oyunu sizə xoş təsir bağışladı?

- Kimisə xüsusi fərqləndirmək istəməzdim. Hər birini dəfələrlə izləmişik və diqqətimizi cəlb edən hansısa məqam olub ki, transfer etmişik. Hər birinin komandada xüsusi rolu var. Bura qarşıya qoyulan məqsədə nail olmaqda kömək etmək üçün gəliblər.

- "Araz-Naxçıvan"dan ayrılanlar sırasında yer alan Vadim Abdullayev komandanın ona yeni müqavilə təklif edəcəyini gözləyirmiş. O, bildirib ki, "Araz-Naxçıvan"ın avrokuboklara vəsiqə qazanmasında əsas pay sahiblərindən biri olub. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Vadim komandamızın aparıcı üzvlərindən olub. Əlbəttə, qazanılan uğurda o da daxil olmaqla komandanın bütün üzvlərinin xidməti olub. Buna görə təşəkkür edirik. Avrokuboklara yüksəldikdən sonra heyəti gücləndirməli idik. Həmin mövqeyə transfer etdiyimiz futbolçunu da tanıyırsız. Vadimə yeni komandasında uğurlar arzulayıram. Yenə də Premyer Liqada oynayacaq.

- Ümumiyyətlə, komandanın qarşısına avrokuboklarda hansı hədəflər qoyulub?

- Yaxşı çıxış etmək və mümkün qədər çox mərhələ adlamaq istəyirik. İnanıram ki, avrokuboklar bizim üçün uğurlu keçəcək.

- Konfrans Liqasındakı rəqibiniz "Aris"i təhlil etmisiniz?

- Bəli, rəqiblə bağlı müəyyən məlumatlara sahibik. Güclü komandadır, yaxşı hazırlaşıblar, bir neçə transferlər ediblər. Komandaya lazım olan məlumatı Bakıda verəcəyik.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:33

Markus Reşford "Barselona"ya icarəyə keçə bilər

Futbol
Bu gün, 19:25

"Trabzonspor"un hücumçusu Onuaçu zədələndi, 1 ay meydandan kənarda qalacaq

Futbol
Bu gün, 19:11

"Fənərbağça" Hakan Çalhanoğlu transferi üçün "İnter"lə danışıqlara başlayır: İtalyan klubu 25-30 milyon avro istəyir

Futbol
Bu gün, 18:58

Şamaxıda Jurnalistlər arasında Minifutbol Turnirinə Start Verildi

Futbol
Bu gün, 18:56

"Zirə" - "Hayduk Split" oyunu öncəsi mətbuat konfransı və məşq vaxtları açıqlanıb

Futbol
Bu gün, 18:54

Xavi Simonsa görə 3 İngilis klubu yarışır

Futbol
Bu gün, 18:43

Roberto Olabenin "Turan Tovuz"a transferi, Berdıyevin rolu və Azərbaycan çempionatı haqqında müsahibəsi

Futbol
Bu gün, 18:26

"Neftçi"nin Polşa təlim-məşq toplanışından xəbər

Olimpiada
Bu gün, 18:21

Paralimpiyaçılar üçün antidopinq təlimi keçirilib

Gimnastika
Bu gün, 18:03

Universiada: Azərbaycan Gimnastika Komandası Qrup Hərəkətlərində Daha Bir Qızıl Medal Qazandı

Olimpiada
Bu gün, 17:58

Avropa Gənclər Paralimpiya Oyunlarına gedən idmançılar üçün antidopinq seminarı keçirilib

Futbol
Bu gün, 17:57

Asmir Beqoviç "Lester"lə danışıqlar aparır

Futbol
Bu gün, 17:57

Zümrüd Ağayeva: 2025/2026 mövsümündə Azərbaycanda qadın futbolu yarışları 4 liqa üzrə keçiriləcək

Futbol
Bu gün, 17:55

"TNT Sports"a görə "Qızıl top"a əsas namizəd - Lamin Yamal

Tennis
Bu gün, 17:48

Universiada: Azərbaycan stolüstü tennisçiləri məğlubiyyətlərlə üzləşir - YENİLƏNİB

Basketbol
Bu gün, 17:47

Donta Hall "Olimpiakos"un heyətinə qoşuldu

Gimnastika
Bu gün, 17:42

Sumqayıtda bədii gimnastika üzrə şəhər birinciliyi avqustun 3-də keçiriləcək

Minifutbol
Bu gün, 17:38

"Araz-Naxçıvan" U-19 millisinin üzvü Ədalət Ələkbərovu heyətinə qatıb

Futbol
Bu gün, 17:27

Zaniolo "Sevilya"ya transfer ola bilər

Futbol
Bu gün, 17:19

Markus Reşford "Barselona"ya icarəyə keçməyə yaxındır

Güləş
Bu gün, 17:09

Olimpiya və 8 qat dünya çempionu Hitomi Obara 44 yaşında vəfat edib

Cüdo
Bu gün, 17:01

Qubada cüdo məşqçiliyi tələbələri üçün nəzəri və praktiki dərslər keçirilir - FOTO

Futbol
Bu gün, 16:58

"Qarabağ"ın rəqibi "Şelburn" "Arsenal"dan yarımmüdafiəçi transfer etdi

Tennis
Bu gün, 16:56

Universiada: Azərbaycan stolüstü tennisçiləri məğlubiyyətlə başlayıblar

Oxşar xəbərlər