top
Elmar Baxşıyev: Salonikidə daha çətin oyun gözləyir - Araz-Naxçıvanın Arislə oyunu haqda fikirləri Idman.biz
28 iyul 2025, 10:19
- ↺ +

Elmar Baxşıyev: "Salonikidə daha çətin oyun gözləyir" - "Araz-Naxçıvan"ın "Aris"lə oyunu haqda fikirləri

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevin futbolinfo.az saytına müsahibəsi

– Konfrans Liqasında "Aris"lə ilk oyunda qaçırılan real qol imkanlarını nəzərə alsaq, 2:1 hesablı qələbə sizi tam qane etdi? Ən azı Hamidu Keyta təkbətək epizodu dəyərləndirsəydi, Yunanıstana rahat yollanardınız…

– Oyundan əvvəl də qeyd etmişdim ki, rəqibimiz təcrübəli futbolçulardan qurulub və onlar çalışacaqlar ki, bizi səhv etməyə məcbur eləsinlər. Ancaq bizim də oyunla bağlı tapşırığımız, yanaşmamız var idi. İstənilən halda qələbə qazanmaq istəyirdik. Əlbəttə, cavab oyunu olacağını nəzərə alsaq, fərqin çox olması xeyrimizə olacaqdı. Ancaq qaçırılan qol epizodları da matçın detallarıdır. Keyta bizdən də çox istəyirdi ki, həmin epizodu qolla tamamlasın. Alınmadı, bütün epizodları reallaşdırmaq mümkünsüzdür. Vacib olan futbolçuların meydanda gördüyü işdir. Onlar istədiklərimizi bizə qaytarmağa çalışdılar. Bu matç da göstərdi ki, möhkəm, xarakterli, mübariz komandamız var. Azarkeşlərə də təşəkkür edirik. Həqiqətən, bu oyunda bizə dəstək oldular, hətta qol buraxdığımız epizodda belə, bizi irəli səsləyirdilər. Bu da komandaya inamın göstəricisi idi.

– Start heyətdə 5 yeni legioner yer almışdı. Onların çıxışını necə qiymətləndirirsiniz?

– Bu futbolçuların hamısının oyununu izlədiyimizdən, nəyə qadir olduqlarını bilirdik. Ona görə də komandaya kömək edəcəklərinə şübhəmiz yoxdur. Sadəcə, bir qədər vaxt lazımdır. İstər-istəməz fərqli komandaya, ölkəyə gəliblər. Keyta və Andrade üçün bu, bəlkə də elə çətinlik yaratmırdı. Digərləri də tədricən uyğunlaşma prosesini keçirlər. Oyundan-oyuna daha yaxşı işlər görəcəyik. Komandamız daha baxımlı, mübariz futbol nümayiş etdirəcək. Kimisə xüsusi fərqləndirmək istəmirəm. Komanda olaraq yaxşı iş gördük. Səhvlərimiz də oldu, bu da qaçılmazdır.

– Hər iki qolu Nuno Rodrigesi meydana buraxandan sonra vurdunuz. Ondan ikinci hissədə yararlanmağı öncədən planlaşdırmışdınız, yoxsa oyunun gedişatına əsasən belə qərar verdiniz?

– Əvəzetmələri əvvəlcədən planlaşdırmaq mümkün deyil. Çünki oyunun gedişində hadisələrin hansı axarda olacağını, nələrin baş verəcəyini bilmirsən. Bunun zədələnmə, qırmızı vərəqə almaq ehtimalı var. Ona görə oyun zamanı hər kəsi diqqətdə saxlayırıq, kimin yorulduğunu, olduğu mövqedə nisbətən zəif təsir bağışladığını gördükdə ehtiyat qüvvədən istifadə edirik. Nunonun meydana daxil olması da zərurətdən yarandı. Razıyam ki, meydana daxil olduqdan sonra qolların vurulmasında yaxından iştirak etdi.

– Aydın məsələdir ki, cavab matçı daha çətin keçəcək. Taktiki planda bir dəyişiklik nəzərdə tutulub, yoxsa komanda Bakıda sərgilədiyi hücum futbolunu Salonikidə də təkrarlamağa çalışacaq?

– Hər oyunun öz hazırlıq planı, yanaşması var. Əlbəttə, bilirik ki, Salonikidə bizi daha çətin oyun gözləyir. Bura meydan, səfər yorğunluğu ilə yanaşı, azarkeş faktorunu da əlavə etməliyik. Ancaq qeyd etdiyim kimi, vacib olan komandamın hazırlığı, oyuna köklənməsidir. Rəhbərlik də komanda üçün lazım olan şəraiti yaradıb, səfərə 2 gün əvvəldən çıxacağıq. Heyətdə və taktiki planda hansı dəyişikliklər edəcəyik, bu, oyun günü açıqlanacaq.

– Razılaşmaya əsasən, "Aris"lə cavab matçından sonra İqor Ribeyro komandanızı tərk edərək "Neftçi"yə qoşulacaq. Növbəti mərhələyə adlayacağınız halda, onu daha 2 oyunluq saxlamaq üçün "Neftçi"yə müraciət edəcəksiniz?

– İndiki məqamda bu haqda düşünmürük. Fikrimiz "Aris"lə cavab oyununa hazırlığa yönəlib. Mərhələ keçdikdən sonra bu haqda rəhbərliklə danışmaq olar. Ancaq indi müraciət üçün tezdir.

– Ümumiyyətlə, Ribeyro komandanın əsas dirəklərindən sayılırdı. Belə bir futbolçunu saxlaya bilməməyiniz bir baş məşqçi kimi sizi məyus etmir? Son transferiniz Rahil Məmmədov onu layiqincə əvəzləyə biləcək?

– Yaxşı mərkəz müdafiəçisi tapmaq çətindir. İqor "Araz-Naxçıvan"da 2 mövsüm keçirib. Belə futbolçuya istənilən klub ehtiyac duyur. Ancaq elə alındı ki, onun keçidinə mane ola bilmədik. Rahil Məmmədova gəldikdə, tanıdığımız futbolçudur. İllərdir milli komandaya dəvət olunur, legioner həyatı yaşayıb. Ümid edirik ki, gəlişi ilə komandamıza kömək edəcək.

– Sizin məşqçi kimi üstün cəhətlərinizdən biri kollektiv daxilində mehriban ab-hava yaratmağınızdır. Futbolçuların hamısı xətrinizi çox istəyir, sizə böyük qardaşları kimi hörmət edirlər. Bunu necə bacarırsınız?

– Komanda futbolçular, məşqçilər və texniki heyət üçün ikinci ailədir. Bir ailələrinin, bir də komanda yoldaşlarının yanında daha çox vaxt keçirirlər. Əlbəttə, elə mühit yaratmaq lazımdır ki, futbolçu xoşbəxt olsun, qaçmasın, darıxmasın. Məşhur bir fikirdə deyildiyi kimi, "xoşbəxt o insandır ki, evdən işə, işdən evə tələsir". Yaxşı nəticə istəyirsənsə, futbolçunun da xoşbəxt olmasına, özünü komandaya həsr etməsinə şərait yaratmalısan. Məşqçi – futbolçu münasibətləri qorunmaq şərti ilə, onlarla dost da oluruq, yoldaş da. Çalışırıq ki, hansısa problem yarananda birgə həll edək. Futbolçu bunu hiss edəndə səndən qaçmır, dərdini bölüşür, köməyini qəbul edir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Oxşar xəbərlər