top
Elmar Baxşıyev: Sumqayıtın qapısı qarşısındakı penalti epizodunu heç kim vurğulamır Sport24.az
01 fevral 2025, 21:24
- ↺ +

Elmar Baxşıyev: ""Sumqayıt"ın qapısı qarşısındakı penalti epizodunu heç kim vurğulamır"

"İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmırdı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ keçirməyi bacardıq. Bilirdik ki, ağır səfərdəyik. Bir xala da sevinmək lazımdır. Elə oyun gedirdi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Yenə də yolumuza davam edirik. Qarşıdakı oyunlara hazırlaşacağıq". Sport24.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 21-ci turunun "Sumqayıt"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını cavablandırıb.

 

- Ola bilər ki, rəqib başqa cür oynadı deyə, gözlədikləriniz alınmırdı?

- Vaqif Cavadovun gəlişindən sonra da "Sumqayıt" daha dinamik, daha aqressiv oynayır. Təhlükəli komanda olduğunu bilirdik. Rəqibin üstün cəhətlərini də komandamıza göstərmişdik. Onlar özgüvənli komandadır, yaxşı iş görürlər.

 

- Samir Abasov bildirmişdi ki, "Qarabağ"dan başqa heç bir klub dominant futbol oynaya bilmir. Bu haqda fikriniz necədir?

- Dominant futbola doğru illərlə getmək lazımdır. Birdən-birə alınan bir şey deyil. Çalışmaq lazımdır. Kim desə ki, "Araz-Naxçıvan" sırf müdafiədə oturub, öz bəxtini əks-hücumlarda axtarır, elə də deyil. Komandadan daha çox hücumda olmaq tələb olunur. Büdcə də lazımdır ki, istədiyin material da əlinin altında olmalıdır ki, hücumda daha çox kreativ olasan.

 

- Qış fasiləsindən sonra meydana çıxdığınız ikinci oyundur ki, matç aqressiv keçir, sanki təzyiq altında çıxırsız oyunlara. "Zirə" ilə matçda aqressiya var idi. Bu nədən irəli gəlir, çempionatın gərginliyindən, yoxsa rəqiblərlə bağlıdır?

- Epizodlara da baxsaz, bizim futbolçular necə sarı alırlarsa, burada rəqibi də vurğulamaq lazımdır. Rəqib də yaxşı çalışır ki, onları provakasiyaya çəksinlər. İdman stressdən ibarətdir. Stressin altında olmalısan ki, hansısa mərhələyə gəlib çıxasan. Sizin sual verməyiniz normaldır. Mən də onu normal şəkildə cavablandırıram. Bizdə nə qıcıq yaradır? 80-cı dəqiqədə "Sumqayıt"ın qapısı qarşısındakı penalti epizodunu heç kim vurğulamır. Amma biz də baxırıq ki, dəqiq penaltidir. Nə VAR-a baxırlar, nə VAR-dan çağırırlar. Möhkəm komandayıq, bizi bu yolla əzmək istəyirlərsə, əfsuslar olsun ki, bu onlarda istək olaraq qalacaq...Bizə qarşı diqqətli olsunlar.

 

- Onda belə çıxır ki, siz iki cəbhədə mübarizə aparırsız, meydanda və meydandan kənarda...

- Komanda və məşqçilər olaraq, üzərimizə düşən meydançadır. Digər amillər mənlik və komandama aid deyil. Komandama inanıram, möhkəm və sağlam kollektivimiz var. Öz iradəmizdən geri çəkilməyəcəyik.

 

- Qış fasiləsindən sonra üç fərqli nəticə qazanmısız. Qeyri-stabillik davam edəcək?

- Nəticə olaraq, siz bizi qeyri-stabil göstərmək istəyirsiz. Məni maraqlandıran oyun keyfiyyətidir. Komandam o keyfiyyəti mənə geri qaytarmağa çalışır. Bəzən istədiyim olur, bu oyundakı kimi. 5-6 qol epizoduna girirsən, dəyərləndirə bilmirsən. Ona görə nə siz məni, nə də mən komandamı günahlandıra bilərəm. Epizoddur, futboldur, futbolun yazılmamış qanunları var. Onunla barışmalısan.

 

- Matçın nəticəsini ədalətli hesab edirsiz?

- Məncə, bir xala görə də sevinmək lazımdır. Hər xal dəyərlidir. Çox onun üzərində dayanmayacağıq. Daha çox qarşıdakı matçlara köklənəcəyik.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər