top
Elmar Baxşıyev: Fikirləşirlərsə, Santosu belə sındıracaqlar, çətin Sport24.az
08 mart 2025, 21:50
- ↺ +

Elmar Baxşıyev: "Fikirləşirlərsə, Santosu belə sındıracaqlar, çətin"

"Maraqlı oyunun şahidi olduq. Yaxşı, dinamik oyun getdi. İndiki durumda kuboka görə dörd gündən bir tsikldə oynayırdıq. Komanda olaraq sıxıntılarımız var idi. Futbolçulara təşəkkür edirəm. Həmin sıxıntını meydanda bizə göstərmədilər. Uduzduq. "Qarabağ" yaxşı komandadır. Amma məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşmalıyıq".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- Hakimin qərarından belə çıxdı ki, tək günahkar Felipe Santos idi. Amma Elvin Cəfərquliyev də Santosu boğurdu. Sizin fikriniz necədir?

- Həmişə gördüyümü deməyə çalışmışam. Heç kimdən çəkinəcəyim də yoxdur. Mənim dediklərimi həmkarlar başqa cür yozurlar. "Elmar donqundanır, zırıltısı gəlir" deyirlər. Həqiqəti həqiqət kimi göstərmək önəmlidir. Üç sarı vərəqəsi olan oyunçularımıza çox rahat "sarı" verirlər. Uzun mövzudur. Ümid edirəm ki, komanda olaraq belə çətinlikləri də adlayacağıq. Mənə də təəccüblü gəldi. 20 nəfər bir-biri ilə mübahisə edir. Bir nəfəri günahkar çıxarmaq acizlikdir. Fikirləşirlərsə, Santosu belə sındıracaqlar, çətin.

 

- Qara Qarayevin durumu nə yerdədir?

- Mikro zədədir.

 

- Deyirsiz ki, sizi sındırmağa çalışırlar. Sizcə, bunun kökündə nə dayanır? Bəlkə "Araz-Naxçıvan"ın Naxçıvanda oynamamasına görə, sizi tək görürlər...

- Mənə aid məsələ deyil. Nədən qaynaqlandığını deyə bilmərəm. Amma görünən odur ki, təsir edirlər. Sabah başqa cür yozacaqlar. Gördüyüm odur ki, komandaya təsir edirlər. Möhkəm olmalıyıq. İnanıram ki, komandan layiqli cavab verəcək.

 

- Sizcə, niyə komandaya təsir edirlər?

- Mənim işim komandanı analiz etmək, məşqə, oyunlara hazırlamaqdır. Detallara girsəm, komandanı unudacam. Bəzən mətbuat konfransında 1 jurnalist də olmur. Ona görə çox şeyi deyə də bilmirik. Vandersona necə sarı veriblər, baxın.

 

- Hədəf "Araz-Naxçıvan"dı, yoxsa Elmar Baxşıyev?

- Hədəf məni seçiblərsə... Mən məşqçiyəm. Məşqçi ilə mübarizə aparmazlar. Möhkəm olmaq lazımdır. Sıxıntılar görünən idi. Heyətimizdə 5-6 oyunçu yoxdur. Düzgün təhlil  edib, qarşıdakı matçlara köklənəcəyik.

 

- "Qəbələ"də təzyiq daha çox idi, yoxsa "Araz-Naxçıvan"da?

- Öyrəşmişəm təzyiq altında işləməyə. "Qəbələ"də də o təzyiqi hiss edirdim. Mənim üçün yeni deyil. Məşqçinin 5-6 futbolçusu olmayacaqsa, sıxıntı yaşayacaq. Çempionat bitməyib. İnanıram ki, komanda şəklində hər şeyə düzgün yanaşıb, irəliləyəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Bu gün, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Oxşar xəbərlər