top
Elmar Baxşıyev: Mən Araz-Naxçıvan layihəsində işimi davam etdirmək qərarına gəldim. Sport24.az
27 may 2025, 15:10
- +

Elmar Baxşıyev: "Mən "Araz-Naxçıvan" layihəsində işimi davam etdirmək qərarına gəldim."

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev yeni müqavilə imzalaması ilə bağlı fikirlərini bölüşüb. Sport24.az Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə danışıqların uğurla başa çatdığını bildirib.

 

O, təklif olunan yeni anlaşmanın şərtlərindən razı qaldığını vurğulayıb: 

 

"Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni "futbol ili" ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və "Araz-Naxçıvan" layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq".

 

Baxşıyev komandanın hazırlıq planına toxunub:

 

"Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir "futbol ili" gözləyir. Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq. Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək. Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sparrinq-rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq".

 

Qeyd edək ki, Naxçıvan təmsilçisi Misli Premyer Liqasında 2024/2025 mövsümünü üçüncü pillədə bitirərək UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:54

Konfrans Liqası: Gürcüstan klublarından qələbələr, Ermənistan klublarından məğlubiyyətlər - NƏTİCƏLƏR

Futbol
Bu gün, 01:27

Fənərbaxça Yusuf Akçiçək üçün gələn italyan təklifini rədd etdi

Futbol
Bu gün, 01:00

Avropa Liqası: "Şaxtyor" və "Şerif"dən böyük hesablı qələbələr, "Sabah"dan məğlubiyyət - NƏTİCƏLƏR

Futbol
Bu gün, 00:39

Mohammed Kudus "Tottenhem"ə transfer oldu

Futbol
Bu gün, 00:13

Yeray Alvaresin dopinq testi müsbət çıxıb, qadağan olunmuş maddə alopesiya dərmanından qaynaqlanıb

Futbol
Dünən, 23:42

"Sabah"ın baş məşqçisi buraxılan qollar və səhvlər barədə danışdı

Tennis
Dünən, 23:21

Uimbildon Open: Şvyontek və Anisimova finalda qarşılaşacaq

Futbol
Dünən, 23:12

Dambrauskas: "Oyunu çevirə bilərik"

Olimpiada
Dünən, 22:55

Maqsud Tahirli Sofiya Suya Tullanma Kubokunda Daha Bir Qızıl Medal Qazandı

Futbol
Dünən, 22:51

Valdas Dambrauskas "Selye" ilə oyundan sonra: "Heç nə bitməyib"

Futbol
Dünən, 22:50

"Çelye"nin baş məşqçisi: Meydanda baş verənlər bizim daha güclü olduğumuzu göstərdi

Futbol
Dünən, 22:35

Valdas Dambrauskas: "Bu matçdan dərs çıxaracağıq"

Futbol
Dünən, 22:35

"Sabah" Avropa Liqasının təsnifat mərhələsində "Selye"yə məğlub oldu

Futbol
Dünən, 22:29

Albert Riera: İlk oyun önəmli deyil, hələ heç nə bitməyib

Futbol
Dünən, 22:25

"Mançester Siti"nin futbolçusu Farid Alfa-Ruprext "Bayer"ə transfer olunur

Futbol
Dünən, 22:14

Redon Cica "Qarabağ"dan ayrıldı

Futbol
Dünən, 22:14

Albert Riera: Meydanda daha güclü tərəf biz idik

Futbol
Dünən, 21:58

UEFA Avropa Liqası: "Sabah" "Sele"yə məğlub oldu

Futbol
Dünən, 21:58

"Sabah" Avropa Liqasında "Çelye"yə məğlub oldu (2:3)

Futbol
Dünən, 21:56

Ciro İmmobile "Bolonya"da - RƏSMİ

Futbol
Dünən, 21:56

Avropa Liqası: "Sabah" "Selye"yə son dəqiqədə uduzdu - YENİLƏNİB/FOTO/VİDEO

Boks
Dünən, 21:41

Əli Quliyevin UAE Warriors döyüşü FCR liqasının müdaxiləsi ilə ləğv edildi

Futbol
Dünən, 21:37

Redon Cica "Qarabağ"dan ayrıldı - RƏSMİ

Futbol
Dünən, 21:31

Rafael Fiziyevə "Sabah" Futbol Klubunun forması hədiyyə edilib

Oxşar xəbərlər