top
Elmar Baxşıyev: Liqa mərhələsini deyil, sabahkı oyunu düşünürük Sport24.az
06 avqust 2025, 19:19
- ↺ +

Elmar Baxşıyev: "Liqa mərhələsini deyil, sabahkı oyunu düşünürük"

"Araz-Naxçıvan" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda Kiprin "Omoniya" klubunu qəbul edəcək. Sport24.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Komanda olaraq sabahkı oyuna hazırlığımız qaydasında gedir. Ən yaxşısını etməyə çalışırıq.

 

- "Qəbələ"nin baş məşqçisi kimi "Omoniya" ilə oynamısız...

- Tanıdığımız rəqibdir. Amma "Qəbələ" ilə oynadığımız komanda deyil. Fərqli oyun dəst-xətti var. Komanda olaraq rəqibi incələmişik. Düşünürəm ki, lazım olan məlumatları komandaya vermişik.

 

- Sabah fərqli "Araz-Naxçıvan" görəcəyik?

- Rəqib baş məşqçi nə deyir, özü bilər. Ona cavab vermək fikrində deyiləm. Mən öz komandamın meydançada nə etmək istədiyi haqda danışa bilərəm. Oyuna hazırıq. Qarşımızdakı rəqib özünə hörmət edən rəqibdir. Komanda olaraq, inanırıq ki, uğurlu nəticə qazanmaq mümkündür.

 

- "Aris"lə müqayisədə "Omoniya"nın hücumları daha kəsərlidir. Kiprdə ən çox qol vuran komandadır. Sabah cəzalı İqor Ribeyro olmayacaq. Müdafiə planında dəyişiklik olacaq? Bəxtiyar Həsənalızadə ilə tandemdə kim oynayacaq?

- Yaxşı analizlər aparırsız. Bunu müsbət kimi dəyərləndirirəm. Rəqibi incələyirsiz. Amma bizim anlayışımızda ilk 11-lik və ehtiyat qüvvə yoxdur. Sərəncamımda olanların hamısı oyuna hazırlaşırlar. Onlar meydançada hər şeylərini verməyə hazırdırlar. Kimin üzərində dayanacağıqsa, komandaya hər şeyini verməyə çalışacaq.

 

- Sistem dəyişikliyi edəcəksiz?

- Sistem dəyişikliyi təklif edirsizsə, bu fikirdə deyilik (gülür). Rəqibə görə sistemi dəyişmirik. Komanda olaraq öz düşüncələrimiz var ki, onu icra etməyə çalışacağıq.

 

- "Omoniya" səddini keçsəz, liqa mərhələsinə ümid etmək olar?

- İndi elə mərhələdəyik ki, daha çox Liqa mərhələsini yox, sabahı düşünməliyik. Gəlin, pillə-pillə gedək. Qismətdə vasa, gedib ora çıxacağıq.

 

- Sabah Naxçıvanda oyun monitorda canlı yayımlanacaq...

- Stadiona gələnlər 12-ci oyunçuya çevrilir. Bizə də səfəröncəsi sual verirdilər ki, Yunanıstanda dolu tribunalar qarşısında komanda necə oynayacaq? Futbolçularım da azarkeş ordusunu hiss etmək istəyirdilər. Azarkeşlərə səslənirəm, sabah bizi tək buraxmasınlar, bizə inansınlar. Komanda olaraq onları sevindirməyə çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Oxşar xəbərlər