Azərbaycan Premyer Liqasının XIII turunun "Araz-Naxçıvan" – "Sumqayıt" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib…
– 10 gündü 3-cü oyunumuz idi. Ağır olacağını bilirdik. Komandanın çətinlik yaşayacağını gözləyirdik. Düşünürəm ki, komandam xarakter göstərdi. Yolumuzu davam etdiririk. Optimal heyət olandan sonra daha yaxşı oyun nümayiş etdirəcəyik.