top
Elmar Baxşıyev Araz-Naxçıvanın qarşılıqlı razılıq bəyanatını təkzib etdi: İDMAN.BİZ-ə EKSKLÜZİV AÇIQLAMA Idman.biz
26 dekabr 2025, 11:54
- ↺ +

Elmar Baxşıyev "Araz-Naxçıvan"ın qarşılıqlı razılıq bəyanatını təkzib etdi: İDMAN.BİZ-ə EKSKLÜZİV AÇIQLAMA

"Bizim ayrılığımız heç də qarşılıqlı razılaşma əsasında olmayıb".

Bu sözləri "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev İdman.Biz-ə açıqlamasında deyib.

O, "nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə baş məşqçi lə yollar ayırdıq" deyə "Araz-Naxçıvan" klubunun yaydığı bəyanatla bağlı danışıb.

Mütəxəssis klubun bəyanatını təkzib edərək ayrılığın qarşılıqlı razılaşma əsasında baş vermədiyini vurğulayıb:

"Klub rəhbərliyi məni yanına çağıraraq artıq mənimlə işləmək istəmədiyini bildirdi və bununla da söhbət bitdi. Müqaviləm mövsümün sonuna - may ayının sonunadək qüvvədə idi. Buna baxmayaraq, mənə heç bir kompensasiya verilmədi və bu mövzu ümumiyyətlə müzakirə olunmadı. İndi isə qarşılıqlı razılıqla ayrıldığımız barədə bəyanat verirlər. Bu, məni məyus etməyə bilməz".

E.Baxşıyev komandanın nəticələrinin də qeyri-qənaətbəxş kimi təqdim olunmasını düzgün saymadığını bildirib:

"Komanda qış fasiləsinə pis nəticələrlə yollanmayıb. Hazırda üçüncü yeri cəmi iki xal ayırırdı. Bu nəticəni uğursuz adlandırmaq olmaz".

Qeyd edək ki, "Araz-Naxçıvan" klubunun rəsmi açıqlamasında baş məşqçi ilə görüş keçirildiyi, ona göstərdiyi xidmətlərə görə təşəkkür edildiyi və mövsümün sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

Xatırladaq ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında tarixində ilk dəfə üçüncü yeri tutub və UEFA Konfrans Liqasında iştirak edib.

11:12

"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevlə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Bildirilib ki, klubun İdarə Heyətinin iclasında komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub.

Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Qarabağ FK
Bu gün, 12:35

Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm"

Digər
Bu gün, 12:29

Arda Gülər kamera qarşısına keçdi – 4,5 milyon qazandı

Digər
Bu gün, 12:23

“Barselona”nın əfsanəsi Azərbaycandakı dünya çempionatından danışdı

Futbol
Bu gün, 12:20

FİFA prezidenti Canni İnfantino Asiyada futbolun inkişafına görə minnətdarlığını bildirib

Futbol
Bu gün, 12:14

Türkmənistan U-15 futbol millisinin baş məşqçisi: “Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

Futbol
Bu gün, 12:00

Qəbələ “Filipe Santosu” geri gətirməyi düşünür

Güləş
Bu gün, 11:59

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Futbol
Bu gün, 11:40

The Athletic sorğusunda Harri Keyn "Qızıl top"a əsas namizəd

Qarabağ FK
Bu gün, 11:29

Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Futbol
Bu gün, 11:08

Milanda Ruben Amorim kritiklərə məruz qalıb: Kamarda niyə əvəz edilməyəndirsə

Futbol
Bu gün, 11:00

I Liqanın bombardiri Dilyen Açıti: "Qolların sayını bu, Allahla mənim aramdakı sirrdə saxlayacağam"

Digər
Bu gün, 10:53

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov yarım milyon manat mənimsəməkdən həbs edildi

Futbol
Bu gün, 10:48

Barış Alper Yılmaz 'Fənərbağça' ilə qarşılaşmanı buraxa bilər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Basketbol
Bu gün, 09:43

Azərbaycan Basketbol Liqasında IV Turun İlk Oyununda Sabah NTD-İ Həsr Olunur;

Oxşar xəbərlər