FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, həmyerlimiz UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Şturm" (Avstriya) – "Brügge" (Belçika) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq. Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən "Verterze" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.