top
Əli Səmədov: Üç mövsümdü ki, eyni hal təkrarlanır Sport24.az
20 avqust 2024, 10:20
- ↺ +

Əli Səmədov: "Üç mövsümdü ki, eyni hal təkrarlanır"

"Kəpəz"in futbolçusu Əli Səmədov Sport24.az-a müsahibə verib. 26 yaşlı yarımmüdafiəçi həm komandasının uğursuz oyunlarını şərh edib, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb

 

- Geridə qalan son üç oyunla bağlı fikirlərin maraqlıdı...
- Bütün oyunlara yaxşı hazırlaşırıq. Kollektiv arasında heç bir problem yoxdu. Oyunlara yaxşı motivasiya ilə çıxırıq. Meydanda maksimum çalışırıq ki, rəqiblərdən xal qoparaq. Amma hələki arzuolunan nəticələr qazana bilmirik. Ötən mövsüm komandadan gedənlərimiz çox oldu. Əvəzində yeni oyunçular gəldi. Təzə qoşulanlar komandaya tam uyğunlaşmayıb. Düşünürəm ki, irəlidəki turlarda futbolçuların adaptasiya prossesi başa çatacaq, həmçinin buraxdığımız səhvlərdən dərs çıxaracağıq.

 

- Səncə, komandanın oyununda nə çatmır?
- Səbəbin birini yuxarıda qeyd etdim ki, hələlik yeni gələnlər kollektivə tam uyğunlaşmayıb. Ardıcıl üç oyundu məğlub oluruq, təbii ki, bu da komandada müəyyən qədər ruh düşkünlüyü yaradır. Məşqlərdə maksimum çalışırıq ki, uğursuz nəticələri yaddan çıxaraq və qələbə ruhu ilə hazırlaşaq. Bizə bir qələbə və ya xal lazımdı. Fikrimcə, bundan sonra istədiyimiz relsə düşəcəyik.

 

- Necə düşünürsən, yenilərin komandaya uyğunlaşması üçün nə qədər vaxt lazımdı?
- Üç mövsümdü ki, eyni hal təkrarlanır. Çempionata yaxşı başlaya bilmirik. Amma turlar arxada qaldıqca toparlanır və daha yaxşı çıxış edirik. Məncə, iki-üç turdan sonra meydanda istədiyimiz oyunu sərgiləyib xallar qazanacağıq.

 

- Legionerləriniz yerli oyunçulardan heç nəyi ilə fərqlənmir. Sənə elə gəlmir ki, bu mövsüm daha keyfiyyətsiz əcnəbilərlə "güclənmisiz"?
- Belə deməzdim. Hazırda heyətimizdəki legionerlərin hər biri məşqlərdə maksimum çalışmaqla özlərini yaxşı tərəfdən göstərir. Sadəcə yuxarıda dediyim ki, hələ təzədilər və komandaya uyğunlaşa bilməyiblər. Adaptasiya prossesini keçəndən sonra onların necə faydalı olduqlarını hamı görəcək. Nəzərinizə çatdırım ki, Martins, Mate, Latir kimi legionerlər də bizə yeni qoşulanda zəif çıxış edirdilər. Amma zaman keçdikcə onlar "artırdılar". Bu ssenari yenə təkrarlanacaq.



- Son turda "Turan Tovuz"la qarşılaşdız. Səncə Qərb derbisi alındı?
- Düzdü, məğlub olduq, amma düşünürəm ki, yaxşı matçı oldu. Əvvəlki oyunlarla müqayisədə bu qarşılaşmada bir qədər yaxşı çıxış etdik. Fikrimcə, azarkeşlər üçün futbol bayramı oldu. Bizi heç vaxt tək buraxmayan fanatlarımıza da təşəkkür edirəm.

 

- Demək olar hamı sizi autsayder gözündə görür və elitanı tərk etməyə əsas namizəd sayır. Bu üzərinizdə əlavə təzyiq yaratmır?  
- Qətiyyən. Heç bunu ağlımıza da gətirmirik. Mövsümdə cəmi 3 oyun keçirmişik. Çempionat uzun marafondu.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:42

Vilyam Qallas: "Arsenal" bu mövsümdə müdafiədə çox güclüdür və çempionluq uğrunda ciddi namizəddir

Digər
Bu gün, 20:27

6 yaşlı Azərbaycanlı Selin Tağızadə Avstriyada beynəlxalq idman dırmanma yarışında

Futbol
Bu gün, 20:27

Borussia München 17 yaşlı Vael Mohaya ilə müqaviləni yeniləməyi planlaşdırır

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Oxşar xəbərlər