"Kəpəz"in futbolçusu Əli Səmədov bir neçə elita klubunun maraq dairəsindədir. Amma Səmədov karyerasını Gəncə təmsilçisində davam etmək istəyir.
27 yaşlı futbolçu Sport24.az-a açıqlamasında bunları deyib:
"Yeni baş məşqçimiz Adil Şükürovla görüşümüz olmayıb. Təkliflər var, hələ ki, gözləmə mövqeyindəyəm. Öncə "Kəpəz"lə danışacağıq. Bundan sonra isə növbəti mövsüm harda çıxış edəcəyimə aydınlıq gələcək".
Qeyd edək ki, 27 yaşlı futbolçu 2024/25 mövsümündə "sarı-göylər"in heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.