top
Əli Səmədov: Bu barədə mövsümün sonunda danışıqlar aparılacaq - MÜSAHİBƏ Sport24.az
22 aprel 2025, 13:00
- ↺ +

Əli Səmədov: "Bu barədə mövsümün sonunda danışıqlar aparılacaq" - MÜSAHİBƏ

"Kəpəz"in futbolçusu Əli Səmədovun Sport24.az-a müsahibəsi

 

- Misli Premyer Liqasının 31-ci turda "Şamaxı"ya 1:2 hesabı uduzdunuz. Oyunla bağlı fikirlərini bölüşərdin...
- Bizim üçün vacib qarşılaşma idi. Bu rəqiblə xal fərqimiz üçə bərabər idi. Yeddinci pilləyə yüksəlmək istəyirdik. Çətin keçəcəyini bilirdik. Buna baxmayaraq yaxşı mübarizə apardıq. Bizim daha çox qol epizodumuz oldu. Amma "Şamaxı" fürsətləri dəyərləndirdi və qalib gəldi.

 

- Rəqib hesabı açsa da, bərabərliyi təmin etmişdiniz. Hesabı qorumağa nə mane oldu?
- Matça qələbə üçün çıxmışdıq. Komanda olaraq pis oyun sərgiləmədik. Sadəcə, son epizodlardan yararlana bilmədik. Qapıçı ilə təkbətək qaldığımız anlarlardan da istifadə etmədik. Nəticə, rəqib 2-3 dəfə qapımıza gəldilər və daha dəqiq oynadılar. Ən azı heç-heçəyə layiq idik.


- Bir gün əvvəl əsas rəqibiniz "Səbail"in məğlub olması sizdə arxayınlıq yaratmışdı?
- Xeyr. Mən elə deməzdim. Biz də istəyirik ki, daha yuxarı pillələrdə qərarlaşaq. Mövsümü daha yuxarı sırada bitirsək, bu, bizə əlavə motivasiyadır. Hər görüşə qələbə üçün çıxırıq.


- Sona beş tur qalıb. Ümumiyyətlə "Səbail"in sizə çatması mümkündürmü?
- Bəli. Kağız üzərində hər şey ola bilər. Mümkünsüz bir şey yoxdur. Bu səbəbdən arxayınlaşmaq olmaz. Komanda olaraq bunu dərk edirik. Heç kim deyə bilməz ki, 100 faiz Premyer Liqadayıq. Bu səbəbdən maksimum nəticələr qazanmağa çalışırıq.


- Növbəti turda "Zirə" ilə üz-üzə gələcəksiniz. Bu oyunda məqsəd nə olacaq?
- "Zirə" ölkənin ən yaxşı komandalarında biridir. Çətin rəqibdir. Oyunun ciddəyətinin fərqindəyik. Bizim azarkeşlərimiz daha çox olacaq. Xal və xallar üçün əlimizdən gələni edəcəyik.

 

- "Kəpəz" bu mövsüm çempionatda qalmaq üçün mübarizə apardı. Növbəti mövsüm hədəf nə olmalıdır?
- Bu mövsüm büdcə baxımından elə də zəngin deyildik. Ona görə çempionatda qalmaq üçün mübarizə apardıq. İnanıram ki, gələn mövsümdən daha yaxşı olacağıq. Buna ümid edirik. Büdcə normal olsa, daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik.


- Mövsümün sonunda müqavilən başa çatır. Yeni təklif olubmu?
- Xeyr. Hələlik bir şey yoxdur. Mən gəncəliyəm, bura doğma komandamdır. Təklif olsa, oturub danışacağıq. İnşallah, hər iki tərəf üçün xeyirli olar. Düşünürəm ki, mövsümün sonunda bu barədə danışıq olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Oxşar xəbərlər