Azərbaycanın U-16 millisinin futbolçusu Əli Bəşirov III MDB Oyunlarının finalında qarşılaşdıqları Rusiya millisinin keyfiyyətli komanda adlandırıb.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə futbolçu bunu jurnalistlərə açıqlamasında bildirib.
O, milliyə görə təəssüfləndiyini deyib:
Əli Bəşirov: Rusiya keyfiyyətli rəqibdir. Buna rəğmən iki qol vurmuşduq. Ancaq sonradan məğlub olduq. Komandama görə təəssüflərinəm".
Qeyd edək ki, U-16 finalda Rusiya yığmasına 2:3 hesabı ilə məğlub olaraq, gümüş medal qazanıb.
III MDB Oyunları Azərbaycan Rusiya