top
Elgiz Abbasov: Azərbaycan Kubokunun finalı komandaların pik formasında keçiriləcək Sport24.az
17 sentyabr 2025, 16:30
- +

Elgiz Abbasov: Azərbaycan Kubokunun finalı komandaların pik formasında keçiriləcək

"Azərbaycan Kubokunun final matçının tez keçirilməsi klubların pik formada olduqları vaxta təsadüf edəcək". Sport24.az xəbər verir ki, bunu PFL-in texniki-idman direktoru Elgiz Abbasov püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

 

O, komandaların daha çox istirahət imkanı qazanacaqlarını vurğulayıb:

 

"İlk növbədə "Qarabağ"ın zəfərini vurğulamalıyıq. Klubun hər bir əməkdaşını təbrik edirik. Azərbaycan Kuboku 34 komandanın iştirakı ilə keçiriləcək. Komandalar mərhələli şəkildə mübarizəyə qoşulacaqlar. Kubokun final oyunu Azərbaycan çempionatının bitməsinə 2 tur qalmış, mayın 13-də baş tutacaq. Bunun səbəbi var. Oyun komandaların intensiv və pik formada olacaqları vaxta təsadüf edəcək. Eyni zamanda milli komandaların oyunlarından öncə daha çox istirahət imkanı əldə edəcəklər".

 

PFL rəsmisi final matçının "Neftçi Arena"ya salınmasının səbəbini açıqlayıb:

 

"İnfrastruktur məsələlərini nəzərə alaraq final görüşünün "Neftçi Arena"da keçirilməsinə qərar verdik. Klub rəhbərliyi ilə səmərəli görüş keçirdik. Bu məsələdə bizə tam dəstək göstərəcəklər. Stadion 9 minə yaxın azarkeş tutur. Üstəlik, bir sıra yenilənmə işləri də aparılıb".

 

Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq. Azərbaycan Kubokunun final matçı mayın 13-də "Neftçi Arena"da təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Bu gün, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Bu gün, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Bu gün, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
Dünən, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
Dünən, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
Dünən, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
Dünən, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
Dünən, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
Dünən, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
Dünən, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
Dünən, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Digər
Dünən, 18:13

Anna Yusupova: Dünya çempionatındakı yarımarafon təcrübəsi və nəticəsi

Futbol
Dünən, 17:53

Kəpəz futbolçusu Əli Səmədovun zədəsi və təxmini sağalma müddəti açıqlanıb

Qarabağ FK
Dünən, 17:40

Azərbaycan qadın milli futbol komandası Qarabağ Universitetində gənc tələbələrlə görüşdü

Futbol
Dünən, 15:16

Rəhim Həsənov Qəbələ‑Neftçi matçında hakimın səhvini etiraf etdi

Futbol
Dünən, 14:49

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

Basketbol
Dünən, 14:10

“Sumqayıt” basketbol klubunun yeni məşqçi heyəti açıqlanıb

Qarabağ FK
Dünən, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Dünən, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Minifutbol
Dünən, 09:36

AFFA futzal üzrə seçki məşqlərini 24‑26 sentyabr tarixlərində “Olimpik Star” idman kompleksində keçirəcək

Futbol
Dünən, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
21 sentyabr 2026, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
21 sentyabr 2026, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Oxşar xəbərlər