top
Elçin Məmmədov UEFA-nın təhsil proqramında ən yüksək nəticə göstərən dörd iştirakçıdan biri olub Report.az
02 sentyabr 2025, 12:38
- ↺ +

Elçin Məmmədov UEFA-nın təhsil proqramında ən yüksək nəticə göstərən dörd iştirakçıdan biri olub

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Akademiyası və Lozanna Universitetinin birgə təşkil etdiyi "UEFA Diploma in Football and Leadership Management" (DFLM) təhsil proqramında ən yüksək bal toplayan 4 nəfərdən biri olub.

Bu barədə "Report"a qurum rəsmisi özü məlumat verib.

O, layihənin AFFA-nın startegiyasında əks olunduğunu nəzərə çatdırıb:

"Təhsil proqramı UEFA Akademiyası və İsveçrədəki Lozanna Universiteti tərəfindən birgə təşkil edilir və "UEFA Diploma in Football and Leadership Management" adlanır. Proqram yanvarda başlamışdı və avqustda bitdi. Proqram çərçivəsində həm onlayn modullar, həm də üzbəüz görüşlər oldu. Layihə federasiyalarda, klublarda və digər idman qurumlarında çalışan rəhbər şəxslər üçün nəzərdə tutulub. Layihənin hazırlanması ilə bağlı təlimlərimiz var idi. Hər bir təşkilat, iştirakçı öz layihəsini təqdim edirdi. Proqram iştirakçının təmsil etdiyi təşkilatın strateji məqsədlərinə uyğun olmalıdır. Mən də belə bir layihə ilə çıxış etdim. Detalları deyə bilməyəcəm, amma AFFA-nın strategiyasında əks olunan layihələrdən idi. Proqramda müxtəlif ölkələrdən 24 iştirakçı var idi. Ən yüksək bal toplayan 4 nəfərdən biri mən oldum".

E.Məmmədov proqramın çox faydalı olduğunu vurğulayıb:

"Müəllimlər həqiqətən də dünya şöhrətli mütəxəssislər idi. İlk modul layihənin konseptualizasiyası ilə bağlı idi. Daha sonra onun planlıaşdırılması və təqdimatı həyata keçirilirdi. Üçüncü modul danışıqlara aid idi. Bizə öz layihələrimizi təqdim edəndə maraqlı tərəflər və digər təşkilatlarla danışıqların necə aparılmalı olduğunu izah edirdilər. Dördüncü isə icra zamanı liderlik keyfiyyətləri ilə bağlı idi. Layihəni də məhz bu dörd modul üzərindən yazmışam, hazırlamışam və uğurla müdafiə etmişəm. Çox faydalı bir proqramdır. Yüksək bal topladığım üçün çox məmnun qaldım. Ümid edirəm ki, üzərində çalışdığım layihə AFFA üçün xeyirli olacaq və biz bunu növbəti illərdə uğurla icra edə biləcəyik".

AFFA   AFFA rəsmisi   uefa   Futbol  
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Oxşar xəbərlər