top
Elçin Həsənov: Futbolda qazanc məqsədi inkişafı əngəlləyir Idman.biz
04 avqust 2025, 10:39
- ↺ +

Elçin Həsənov: Futbolda qazanc məqsədi inkişafı əngəlləyir

"Gənc futbolçular yetişmir" deyə şikayətlənirlər. Bəs, yetişənlər hara gedəcək, harada oynayacaq?! Bu sual açıq qalır. Ən maraqlısı isə odur ki, veteran futbolçularımız niyə səssiz qalır? Bəlkə də AFFA-dan aldıqları maaşa görə danışmaq istəmirlər, amma bu qədər susmaq da doğru deyil".

İdman.biz xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında veteran futbolçu Elçin Həsənov deyib.

Sabiq yarımmüdafiəçi ölkə futbolunun indiki durumundan narahat olduğunu gizlətməyib: "Avrokuboklarda mərhələ keçən klublarımızı təbrik edirəm. Amma Konfrans Liqasında çıxış edən komandaların əsas heyətində cəmi 3-4 yerli futbolçu yer alırdı. Bu artıq futbolun sonuna doğru getdiyimizi göstərir. Legioner limitinin ləğvi isə bəzi işbazlara fürsət yaradır, futboldan qazanc məqsədilə istifadə edirlər. Neft sektorundan sonra ən gəlirli sahə sanki futboldur. Amma heç kim futbola inkişaf vasitəsi kimi baxmır, hamı ancaq gəlirini düşünür".

Həsənov menecer sisteminin düzgün işləmədiyini, ölkəmizdə skautinq sisteminin hələ də formalaşmadığını bildirir: "Avropada hər klubda azı 5-6 skaut çalışır. Bizdə isə menecerlər şəxsi tanışlıqlarla oyunçu gətirir və həmin futbolçular real dəyərindən dəfələrlə baha qiymətə komandaya yerləşdirilir. Aşağı liqalardan alınan oyunçuların gerçək transfer qiymətləri göstərilən rəqəmlərlə üst-üstə düşmür".

O, yerli mütəxəssislərə laqeyd yanaşmanı da sərt tənqid edib: "Tərlan Əhmədovla birgə top qovmuşam, həm əla futbolçu olub, həm də yaxşı məşqçidir. Belə yerli mütəxəssislər varkən, "İmişli"nin Portuqaliyadan baş məşqçi gətirməsi nə qədər məntiqlidir? Bu kimi qərarların arxasında fərqli maraqlar dayanır. İnsanlar əyilmək əvəzinə mövqelərini ortaya qoymalıdır. Böyük futbol məktəbindən keçmiş adamlar susmaq üçün yetişdirilməyib".

Uşaq futbolundakı vəziyyətə də toxunan Həsənov vəziyyətin acınacaqlı olduğunu bildirib: "Demirəm ki, legioner olmasın – 3-5 səviyyəli əcnəbi futbolçu faydalıdır. Amma bu qədər çox legioner gətirmək absurddur. Bu gün bütün klublar əsasən əcnəbilərlə çalışır. AFFA-da oturanların futboldan az anlayışı olduğu açıq-aydındır. Məsələn, Özbəkistanda federasiya rəhbəri keçmiş hakimdir – yəni futbolun içindən gələn biridir. Bizdə isə tam əksi. Demirəm ki, bütün veteranları federasiyaya toplasınlar, amma aralarında işi bilən, bacarıqlı insanlar var və onların təcrübəsindən istifadə edilməlidir".

Elçin bəy bu vəziyyətin dəyişməyəcəyi halda inkişafın mümkünsüz olduğunu vurğulayıb: "Biz nə qədər danışsaq da, heç nə dəyişmir. Hərə öz qazancının dərdindədir, böyük pullar silinir, amma hara getdiyi bilinmir. Əgər PRO kateqoriyası alanlar işləyə bilməyəcəksə, o zaman bu kurslar kimə lazımdır? Uşaq futbolunda futbolu tanımayan adamlar fəaliyyət göstərir. Hərə bir məktəb açıb, məqsəd tək qazancdır. Belə getsə, futbol daha da geriləyəcək".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Digər
Bu gün, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Oxşar xəbərlər