Əlcəzairdə futbol matçında 3 nəfər ölüb, səksəndən çox adam yaralanıb.
İdman.biz xəbər verir ki, sonuncu turda "Magra" ilə heç-heçə edən (0:0) "MC Alger" ən yaxın izləyicisini iki xal qabaqlayaraq ardıcıl ikinci mövsüm ölkə çempionu olub.
Çempionluğu qeyd edən azarkeşlər stadionun tribunalarından yerə yıxılıblar. Bildirilir ki, təhlükəsizlik baryeri çöküb və nəticədə konstruksiyanın bir hissəsi dağılıb.
Mükafatların təqdimetmə mərasimi dərhal ləğv edilib. Hadisənin səbəblərini araşdırmaq üçün istintaqa başlanılıb.
İdman.biz