top
Əlavə vaxtın qol rekordları: Avrokuboklarda 4 qol vuran 4-cü komanda İdman.biz
14 avqust 2024, 16:56
- ↺ +

Əlavə vaxtın qol rekordları: Avrokuboklarda 4 qol vuran 4-cü komanda

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Lüdoqorets"in qonağı olan "Qarabağ" əlavə vaxtda rəqib qapısından 4 top keçirib.

İdman.biz qitə klub turnirlərində daha öncə əlavə vaxtlarda belə məhsuldarlıq qeydə alınan oyunlara nəzər yetirib.

"Qarabağ"ın etdiyini ilk dəfə 51 il öncə - 1973-cü il noyabrın 7-də "Ştutqart" UEFA kubokunun 1/16 finalında rəqibinə yaşadıb. Evdə 3:1 hesablı qələbə qazanan alman klubu Çexoslovakiyanın Preşov şəhərində yerli slovak klubu "Tatran"a 90 dəqiqədə eyni hesabla yenilərək matçın əlavə vaxta daşınmasına imkan verib. Əlavə 30 dəqiqədə Razqradda yaşananlar baş verib. 95-ci dəqiqədə Hondşux fərqi minimuma endirib. 5 dəqiqə sonra ev sahiblərinin kapitanı Turçanyi avtoqolu ilə matçın hesabının bərabərləşməsinə səbəb olub. 115-ci dəqiqədə Hondşux bir daha preşovluları meydanın mərkəzinə dəvət edib. Nəhayət, 117-ci dəqiqədə Olixer matçda son nöqtəni qoyub.

Beləliklə, əlavə vaxt 0:4, matç isə 3:5 hesabı ilə nəticələnib. Ümumi hesab isə elə "Lüdoqorets" – "Qarabağ" rəqabətinin yekunu kimi 4:8 olub.

4 il sonra yenə UEFA kuboku, yenə 1/16 final, yenə noyabr (bu dəfə 2-si) və yenə bir komanda əlavə vaxtda 4 qol vurub. Bu dəfə, fərqli olaraq, gülən tərəf ev sahibi olub. Səfərdə "Latsio"ya 0:2 hesabı ilə yenilmiş "Lans" evdə eyni hesablı qələbə ilə matçın 90 dəqiqəyə bitməsinə imkan verməyib.

Əlavə vaxtın ilk yarısı hesaba dəyişiklik gətirməyib. Nə olubsa, son 15 dəqiqədə olub. 109-cu dəqiqədə Bousdira fransalıları ümumi hesabda irəli çıxarıb. Əsas vaxtda 2 qol vurmuş Sis 115-ci dəqiqədə het-trikini rəsmiləşdirib. 94-cü dəqiqədə meydana çıxmış Djeballi 118 və 119-cu dəqiqələrdə vurduğu qollarla əlavə vaxtın hesabını 4:0, matçın hesabını 6:0, ümumi hesabı 6:2 edib.

"Qarabağ"dan öncə sonuncu dəfə əlavə vaxtda 4 qol vuran 6 il bundan öncə "Zenit" olub. Lakin piterlilər həmin 30 dəqiqədə ilk qolu özləri buraxaraq, əlavə vaxtı 4:1 hesablı üstünlüklə başa vurublar.

Bu hadisə 2018-ci il avqustun 16-da Avropa Liqasının 3-cü təsnifat mərhələsində Rusiyanın Şimal paytaxtında Minsk "Dinamo"su ilə oyunda yaşanıb. Ev oyununda 4:0-lıq üstünlük qazanan Belarus futbolçuları cavab matçına arxayın çıxıblar.

Nəticədə "Zenit" minskliləri cəzalandıraraq, 90 dəqiqəyə 4 qolun 4-ünün də əvəzini çıxıb. Lakin piterlilərin qol yağışı bununla bitməyib. Doğrudur, əlavə vaxtda ilk fərqlənən qonaqlar olub. Yaxaya 99-cu dəqiqədə fərqlənərək hesabı "Dinamo"ya sərfəli məcraya yönəldib.

Ancaq son 15 dəqiqə "Zenit" şousu olub. Driussi 108-ci dəqiqədə ümumi hesabı yenidən bərabərləşdirib. 115-ci dəqiqədə Dzyuba fərqlənib. 120-ci dəqiqədə isə Mak iki qolla Belarus futbolçularının bütün ümidlərinin üstündən xətt çəkib. Beləliklə, əlavə vaxt 4:1, matç 8:1, ümumi rəqabət isə 8:5 hesabı ilə nəticələnib.

Qeyd edək ki, "Qarabağ" Toral Bayramov, Redon Cica, Patrik Andrade və Yassin Benzianın qolları ilə "Lüdoqorets"i əlavə vaxtda 4 dəfə məyus edib.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər