"Nottingem Forest"in futbolçusu Entoni Elanqanın İsveç yığmasının heyətindən kənarda qalmasının səbəbi bilinib.
İdman.biz xəbər verir ki, İsveç mətbuatı baş məşqçi Yon-Dal Tomassonun 22 yaşlı yarımmüdafiəçidən narazı qaldığını yazıb.
Elanqa Millətlər Liqasının oktyabr ayındakı hazırlığı zamanı şam yeməyinə gecikib. Nəticədə baş məşqçi Entonini Estoniya və Slovakiya görüşlərdə meydana buraxmayıb. Bu azmış kimi, Tomassonu onu Slovakiya (16 noyabr) və millimizlə (19 noyabr) oyunların heyətinə cəlb etməyib.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda Elanqa 45 dəqiqə meydanda olub.
İdman.biz