Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu "Milan"ın yarımmüdafiəçisi Yasin Adlinin transferini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Asiya təmsilçisinin mətbaut xidməti məlumat yayıb.
25 yaşlı fransalı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. "Transfermarkt"ın məlumatına görə, sövdələşmənin məbləği 8 milyon avro təşkil edib.
Qeyd edək ki, Yasin Adli 2024/2025 mövsümündə icarə əsasında "Fiorentina"da çıxış edib. O, meydana çıxdığı 35 matçda 5 qola və 7 məhsuldar ötürməyə imza atıb.
"Milan" klubu Səudiyyə Ərəbistanı "Əl-Şəbab" klubu Futbol transfer