Bolavip xəbər verir ki, Qətərin "Əl-Rayyan" klubu hücumameyilli yarımmüdafiəçi Xorxe Karraskalın transferi üçün "Flamenqo"ya müqavilə təklif edib.
İdman.Biz bildirir ki, "Əl-Rayyan" oyunçu üçün 20 milyon avrodan çox pul ödəməyə hazırdır.
Lakin "Flamenqo"nun Karraskalın transfer bəndində göstərilən 35 milyon avrodan aşağı qiymətə satmaq niyyəti yoxdur. "Flamenqo"nun baş məşqçisi Filipe Luis yarımmüdafiəçini əsas oyunçu hesab edir. Karraskalın "Flamenqo" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 9 milyon avrodur.