"Əl Nəsr" komandadan ayrılacağı gözlənilən Kriştiano Ronaldoya əvəzləyici tapıb. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi "Liverpul"dan Luis Diasla maraqlanır. Klub vingeri Ronaldoya əvəzləyici düşünür.
Diasla "Barselona" da yaxından maraqlanır.
Kolumbiyalı futbolçu başa çatan mövsümdə Premyer Liqada 36 oyunda 13 qol vurub.