"El klassiko" zamanı "Barselona"nı Tyaqo Alkantara çalışdıracaq.
İdman.Biz bildirir ki, 10-cu turun "Real Madrid" – "Barselona" oyunu oktyabrın 26-da olacaq.
Hans-Diter Flik 9-cu turda "Jirona" ilə matçın sonunda narazılığına görə qırmızı vərəqə alıb. Onun apellyasiya etirazı nəticəsiz qalıb və diskvalifikasiya qüvvəsində qalır.
Amma klubun yeni planı var. İspaniya mətbuatı xəbər verir ki, "Real"la oyunda "blauqrana"nı Tyaqo Alkantara çalışdıracaq.
34 yaşlı Alkantara futbolçu kimi "Barselona"nın və İspaniya millisinin şərəfini qoruyub. O, ötən ildən "Barselona"nın məşqçilər korpusundadır.