"Əl-İttihad" "Braqa"nın hücumçusu Rocer Fernandesi transfer edib. Sport24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı portuqaliyalı ilə müqavilənin şərtləri barədə məlumat verilmir. "Transfermarkt" portalı müqaviləni 32 milyon avro qiymətləndirib.
Qeyd edək ki, Fernandes "Braqa"nın heyətində ümumilikdə 91 oyun keçirib, 12 qol vurub və 16 məhsuldar ötürmə edib.