Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu heyətini Serbiya millisinin yarımmüdafiəçisi Nemanya Qudellə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, ərəblər 33 yaşlı futbolçu üçün "Sevilya"ya rəsmi təklif də göndərib.
Qudelyin Əndəlusiya təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Yaxın günlərdə keçidin rəsmiləşib-rəsmiləşməyəcəyi dəqiqləşəcək.
O, "AZ Alkmaar", "Ayaks", "Tianjin Teda", "Quanjou Everqrand", "Sportinq" klublarında oynadıqdan sonra 2019-cu ildə "Sevilya"ya keçib.