Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun rəhbərliyi braziliyalı hücumçu Vinisius Juniorun transferi ilə bağlı İspaniyanın "Real" kollektivi ilə danışıqlara başlayıb.
"Report" "Indykaila News" portalına istinadən xəbər verir ki, futbolçu "kral klubu" ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə müddətini uzatmasa, Asiya təmsilçisi "Real"a 300 milyon funt-sterlinq (345 milyon avro) təklif etməyə hazırdır.
Vinisiusun keçidi futbol tarixinin ən bahalı transferi ola bilər. Hazırkı rekord braziliyalı hücumçu Neymara məxsusdur. O, 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə üz tutmuşdu.
Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən "Real"da çıxış edir.