top
Ehtiram Şahverdiyev: “Hazırkı heyəti Adil müəllim yığıb və…” Sport24.az
01 sentyabr 2024, 14:12
- ↺ +

Ehtiram Şahverdiyev: “Hazırkı heyəti Adil müəllim yığıb və…”

"Kəpəz"in futbolçusu Ehtiram Şahverdiyev Sport24.az-a müsahibə verib. 27 yaşlı futbolçu "Sabah"la oyun barədə fikirlərini bölüşməklə yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.

 

- "Sabah"a qarşı yaxşı mübarizə aparsaz da sonda məğlub olduz. Ən azı 1 xal üçün nə çatmadı?

- Bildiyiniz kimi mövsümə yaxşı başlamamışıq. Xal qazana bilməməklə yanaşı, qol da vura bilməmişdik. "Sabah"la matça yaxşı başladıq, 2 qol vurub önə keçdik. Təəssüf ki, hesabı qoruya bilmədik. Rəqib fasilədən sonda bütün gücünü və səviyyəsini ortaya qoydu. "Sabah" geridönüş etməklə qələbə qazandı. Məğlubiyyətə baxmayaraq, vurduğumuz qollar qarşıdakı oyunlarda bizə daha yaxşı mübarizə aparmaq üçün motivasiya olacaq.

 

-  Səncə, Adil Şükürovun gedişi komandada müsbət dəyişikliyə gətirib çıxaracaq?

- Öncə onu deyim ki, Adil müəllimin getməsi və ya qalması barədə fikir bildirməyim düz çıxmaz. Bu baş məşqçi ilə klub rəhbərliyi arasında olan məsələdi. Amma futbolçu kimi onu deyim ki, hazırkı heyəti Adil müəllim yığıb və bizim inkişafımızda da onun müstəsna xidmətləri olub. Adil Şükürov savadlı, bacarıqlı məşqçidi, ona uzun ömür, can sağlığı və gələcək karyerasında uğurlar arzu edirəm.

 

- Komandanızda yeni oyunçular var. Onların kollektivə tam uyğunlaşmadığı hiss olunur. Amma son görüşdə yenilər özlərini yaxşı tərəfdən göstərdilər və qol da vurdular...

- Ötən mövsümkü heyət ilə indiki arasında çox fərq var. Komanda 70 faiz dəyişib. Yeni gələnlərin kollektivə uyğunlaşması üçün vaxt lazımdı. "Sabah"la qarşılaşmada bütün komanda yaxşı çıxış etdi. Ndiaye ilə Braqa qol vurdu. Düşünürəm ki, yenilər qarşıdakı turlarda özlərini daha yaxşı tərəfədən göstərəcəklər.  

 

- Çoxları "Kəpəz"in mövsümün sonunda elitanı tərk edəcəyini söyləyir...

- Bizim qarşımıza bəlli hədəf qoyulub. Bütün qüvvəmizi, bacarığımızı ortaya qoyacağıq ki,  autsayder olmayaq və elitada qalaq. Çalışacağıq ki, oyunumuzla özümüz haqqında autsayder yox, mübariz, döyüşkən komanda kimi söz etdirək.

 

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Oxşar xəbərlər