"Turan Tovuz" yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirir. Sport24.az xəbər verir ki, bu gün klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev komandanın düşərgəsini ziyarət edib.
O, baş məşqçi Kurban Berdiyev və futbolçularla görüşüb.
Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə iki yoxlama oyunu keçirib. Qərb bölgəsi təmsilçisi "Çorum" (1:1) və "Ankara Keçiörengücü" (0:0) ilə heç-heçə edib.