top
Ehtiram Quliyev: Finalda 'Qarabağ'a azarkeşlik etməyəcəyimi desəm, səmimi olmaram - MÜSAHİBƏ Idman.biz
18 may 2025, 11:39
- ↺ +

Ehtiram Quliyev: "Finalda 'Qarabağ'a azarkeşlik etməyəcəyimi desəm, səmimi olmaram" - MÜSAHİBƏ

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevin Futbolxeber.az-a müsahibəsi

- Sona 1 tur qalmış "Turan Tovuz"un çempionatı 4-cü yerdə bitirəcəyi dəqiqləşdi. Mövsümü komandanız üçün necə dəyərləndirirsiniz?

- Mövsümü möhtəşəm dəyərləndirirəm. Sona 1 tur qalmışa qədər bürünc medal uğrunda mübarizəmizi davam etdirdik. Çempionat başlayanda hədəflədiyimiz, xəyalını qurduğumuz dördüncü yeri tuta bildik. Bunlar hamısı azarkeşlərimizin, oyunçularımızın zəhməti hesabına ərsəyə gəldi. Az büdcə ilə buna nail olduq. Mövsüm boyu zədəlilərimiz həddindən artıq çox oldu. Bəlkə daha yaxşı nəticə mümkün idi. Amma 36 turluq yarışda hər şey ədalətlidir. Birinci yerin sahibi də, ikinci yer də, üçüncü yer də, dörd də, beş də. Bütün bunlar təsadüfi deyil. Böyük bir yarışın sonunda əldə etdiyimiz nailiyyətdir. Ona görə də bütün azarkeşlərimizi təbrik edirəm.

- "Turan Tovuz"un məqsədi dördüncü yeri tutmaq idi, yoxsa avrokuboklara vəsiqə?

- Son illərdə həmişə çempionatda ilk 4 yeri tutan komandalar Avropaya gedib. Ona görə də baş məşqçi ilə transfer görüşlərimizdə, bu haqda daha əvvəl də demişəm, sual verdim ki, 4-cü ola bilərikmi? O isə sakit durdu. Mən elə başa düşdüm ki, Berdıyev sualımı başa düşmədi. Ona görə 5-10 dəqiqədən sonra yenidən sualımı təkrarladım. O bildirdi ki, bu nəticəni əldə edərik. Qarşımıza daha böyük hədəflər qoyun. Lakin biz realist düşünürdük. İmkanlarımızı, gücümüzü bilirdik. Avropaya gedib-getməmək bizim əlimizdə deyil.

- Məhz bu məqamı nəzərə alaraq, finalda "Qarabağ"a azarkeşlik edəcəyinizi düşünmək olar?

- Hər zaman suallarınızı səmimi cavablandırmışam, indi də səmimi olacam, bəli, finalda "Qarabağ"a azarkeşlik edəcəm. Üzücüdür, kaş ki özümüz öz taleyimizi həll edərdik. Amma bu gün desəm ki, finalda "Qarabağ"a azarkeşlik etməyəcəm, bu, qeyri-səmimi olar. Qismət.

- Kurban Berdıyevin fəaliyyətindən nə dərəcədə razısınız?

- Çox razıyam. Müqaviləmiz var və o, klubdakı fəaliyyətini davam etdirəcək.

- Artıq indidən gələn mövsüm üçün hədəfləriniz müəyyənləşib?

- Gələn mövsüm üçün hədəfimiz builki nəticələrimizi daha da yaxşılaşdırmaq olacaq. Yenə də avrokuboklar uğrunda mübarizə aparacağıq.

- 12 komandalı çempionatdan gözləntiləriniz nə olacaq?

- Gələn mövsüm daha çətin olacaq. Ona görə proqnoz vermək asan deyil. Təcrübəmiz yoxdur, nələrlə qarşılaşacağımızı bilmirik. İnşallah ümid edirik ki, hər şey yaxşı olar.

- AFFA "Karvan" və "İmişli"yə görə 10 klubun hər birinə ayrılmalı olan 3 milyondan 500 min manat kəsəcək. Bunun "Turan Tovuz"a nə dərəcədə təsiri olacaq?

- Bu məqam nəinki "Turan Tovuz"a, bütün komandalara təsir edəcək, o cümlədən də bizə. İstəməzdim belə olsun, amma məcburuq ki, buna uyğun büdcəmizi formalaşdıraq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Bu gün, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Bu gün, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Bu gün, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Bu gün, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Bu gün, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Bu gün, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Bu gün, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Bu gün, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Bu gün, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Bu gün, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Oxşar xəbərlər